“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Məzahir Pənahovun qardaşı oğlu amnistiyaya düşdü - Dələduzluq ittihamı

Tarix 28.08.26, 17:52

Font ölçüsü : - / +
bitmap-img6


Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş vəzifəli şəxsi Fərid Pənahov barəsində dələduzluq ittihamı ilə aparılan cinayət işi üzrə məhkəmə qərar qəbul edib.

"AzFakt.com" "Qaynarinfo"ya istinadla xəbər verir ki, ötən ay məhkəmə qarşısına çıxarılan Fərid Pənahov Milli Məclisin 2025-ci il tarixli “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” qərarının müvafiq bəndlərinə əsasən cinayət məsuliyyətindən azad edilib.

İş materiallarına görə, Fərid Pənahov Yasamal Rayon İcra Hakimiyyəti başçısının əmri ilə rayon icra hakimiyyəti başçısının sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, daha sonra isə rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsinin müvəqqəti icraçısı işləyib.

İttihama əsasən, o, vəzifəsindən və icra hakimiyyətindəki əlaqələrindən istifadə edərək vətəndaşlara onların mənzillərinin sənədləşdirilməsi, təyinatının dəyişdirilməsi və əlavə tikililərə mülkiyyət hüququnun rəsmiləşdirilməsi məsələlərində köməklik göstərə biləcəyini bildirib. İddialara görə, Pənahov bu məqsədlə vətəndaşlardan pul alıb.

İş üzrə zərərçəkmiş şəxslərdən birinin mənzilinin qeyri-yaşayış sahəsi kimi rəsmiləşdirilməsinə köməklik göstərilməsi müqabilində əvvəlcə 23 min manat, daha sonra isə 18 min manat tələb edildiyi və həmin məbləğin Pənahova verildiyi bildirilib.

Digər epizod üzrə isə vətəndaşın mənzilinin artırma hissəsinə mülkiyyət hüququna dair çıxarış alınmasına köməklik göstərilməsi vədi ilə ümumilikdə 5 min manat pul alındığı qeyd olunub.

Məhkəmədə Fərid Pənahov ittihamı qəbul etməyib. O, zərərçəkmiş şəxslərdən aldığı pulların borc olduğunu bildirib və dələduzluq etmədiyini deyib.

Zərərçəkmiş şəxslər isə ifadələrində Pənahova pul verdiklərini, bunun borc olmadığını və ondan sənədləşmə məsələlərinin həllində köməklik göstərməsini istədiklərini bildiriblər.



Xəbərin oxunma sayı : 193




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap