“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Polkovnik öldürüləcəyini bilirmiş - Sui-qəsd törədən qadın Moldovaya qaçıb

Tarix 28.08.26, 16:20

Font ölçüsü : - / +
bitmap-img6


Avqustun 27-də Sankt-Peterburq şəhərində baş verən avtomobil partlayışı nəticəsində Rusiya Silahlı Qüvvələrinin 332-ci əlahiddə qvardiya helikopter alayının polkovnik-leytenantı Sergey Seçkov həlak olub. Bu hərbi hissənin hərbçiləri Ukraynada müharibə cinayətlərində ittiham olunurdu və Seçkovun adı Ukraynanın "Mirotvoreç" bazasında yer alırdı.

Məlumata görə, 43 yaşlı podpolkovnik ölümündən əvvəl komandanlığa onun adının "öldürüləcək şəxslərin siyahısında" olduğunu bildiribmiş.

"Fontanka" nəşrinin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən verdiyi xəbərə görə, sui-qəsdi 24 yaşlı Rusiya vətəndaşı olan bir qadın törədib. İddia olunur ki, Ukrayna xüsusi xidmət orqanları tərəfindən sosial şəbəkələr üzərindən ələ alınan qadın avtomobilə partlayıcı qurğunu yerləşdirdikdən dərhal sonra - avqustun 27-si səhər saatlarında İstanbul reysi ilə Türkiyəyə uçub.

Rusiya FTX-sı onun şəxsiyyətini müəyyənləşdirib Türkiyə tərəfi ilə əlaqə saxlayana qədər şübhəlinin artıq Kişinyova (Moldova) uçduğu və oradan Ukraynaya keçəcəyi bildirilir. Hadisə ilə bağlı Rusiya və Ukrayna rəsmiləri hələlik rəsmi şərh verməyiblər.



Xəbərin oxunma sayı : 487




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap