“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Yasda gülüş üstündə qan töküldü - Bakıdakı cinayətin detalları

Tarix 28.08.26, 16:50

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.

Hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən S. Babazadə özünü təqsirli bildiyini və hadisə baş verən gün yas mərasimində olduqlarını deyib:

"Mən taksi sürücüsüyəm. Amma vaxtım olanda fala baxan atama kiçik işlərində yardım edirəm. Həmin gün martın 27-i idi, Elşadla birlikdə qohumumuzun yas mərasimində idik. Allah şeytana lənət eləsin, gözləmədiyimiz halda gülmək tutdu, ardınca bir zarafat oldu. Elşad hamının yanında mənə acıqlandı. Camaatın içində olan bu irad mənə xoş gəlmədi. Amma söhbəti uzatmadım, evə qayıtdıq.

Mətbəxdə oturmuşdum, telefonda Elşadla danışdıq. Ona camaatın içində uşaq kimi danlanmağımın mənə xoş gəlmədiyini dedim, mübahisə etməyə başladıq. Onunla danışa-danışa, əsəbi halda stolun üstündə olan bıçağı cibimə qoydum. Elşad dedi ki, məhəlləyə gəlir. Mən çıxıb çöldə onu gözləməyə başladım. O gələn kimi tutaşmağa başladıq, qarşılıqlı bir-birimizə zərbələr endirdik. Birdən ayağımda istilik hiss elədim, əyilib baxanda ayağımı qan apardığını gördüm. Elşad bıçaqla necə vurmuşdusa, hiss eləməmişdim. Bunu görüb onu qorxutmaq üçün bıçağı çıxartdım. Süpürləşəndə necə oldu bilmirəm, onu qolundan yaraladım".

Zərərçəkmiş Elşad Bayramov Səid Babazadənin onun xalası oğlu olduğunu bildirib:

"Biz mübahisədən sonra dalaşmağa başlayanda Səid iki dəfə bıçaqla məni vurdu. Həmin an isti-isti heç nə hiss etməmişdim. Aralaşıb evə gedəndə sinəmin yandığını hiss elədim. Bıçaq yarasını o zaman gördüm. Səid mənim xalam oğludur, doğmamdır. Kimsə qəlbimə dəysə, ömürlük bağışlamaram, amma qanım ona halaldır. Biz barışmışıq, ondan şikayətim yoxdur".

Növbəti proses 18 sentyabr saat 10:40-a təyin edilib.

Xatırladaq ki, hadisə bu il martın 27-də Sabunçu rayonu ərazisində baş verib. Səid Babazadə yaxın qohumu Elşad Bayramovu aralarında yaranan mübahisə zamanı onun döş qəfəsindən bıçaqla vuraraq, sağlamlığına ağır xəsarət yetirib.

Faktla bağlı cinayət işi başlanılıb, Səid Babazadə Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub, barəsində qətimkan tədbiri seçilib./Lent.az



Xəbərin oxunma sayı : 511




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap