“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

AYP təşkilatlanır ... - Bir qrup Təşəbbüs Qrupuna qatılıb

Tarix 07.08.20, 18:04

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Yüksəliş Partiyasının (AYP) təşkilatlanma prosesi davam edir. Ölkənin ictimai-siyasi mühitində tanınan, xidmətləri olan, bundan başqa, siyasətə yeni başlayan və əksəriyyəti gənclər olmaqla potensialı yüksək olan şəxslər Azərbaycan Yüksəliş Partiyasının Təşəbbüs Qrupuna qatıldıqlarını açıqlayıblar. 

Həmin şəxslərin bir qrupunu təqdim edirik:

1. Şəmsəddin Əlirza oğlu Rəhimli - Bakı Dövlət Universitetinin məzunudur, ixtisasca fizikaçıdır. Keçmiş Dövlət Material Ehtiyatları Komitəsinin sədri olub. Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyasının yaradıcılarından biridir.

2. İlham Cabbar oğlu Hüseyn - Azərbaycan Tibb Universitetini bitirib. Zəngilan rayon İcra Hakimiyyətinin sabiq başçısı, Qarabağ qazisi, Xalq Hərəkatının fəallarından olub. Hazırda özəl klinikada baş həkimdir.

3. Gülşən Qasım qızı Hacıyeva - Ali təhsilini Türkiyədəki Qazi Universitetində alıb. Hazırda APA İnformasiya Agentliyinin redaktorudur.

4. Etibar Asif oğlu Mustafayev -Azərbaycan Texniki Universitetini bitirib, magistr təhsilini Almaniyada alıb, ixtisasca energetikdir.

5. Aqil Ağaverdi oğlu Dadaşzadə -Türkiyədə Ali Hərbi Məktəbdə oxuyub, ikinci ali təhsilini Bakı Dövlət Universitetinin hüquq fakültəsində alıb. Ehtiyatda olan zabitdir. Hazırda özəl şirkətdə çalışır.

6. Asəf Əvəz oğlu Qarayev - Əmək və Sosial Münasibətlər Akademiyasının məzunudur. 2010-cu ildə dünyanın bir çox ölkəsindən azərbaycanlıların daxil olduğu take.az saytını təsis edib.

7. Vüqar Sahib oğlu Lətifov - Azərbaycan Texniki Universitetində bakalavr və magistr təhsili alıb. İctimai-siyasi fəaliyyətlə məşğul olub, Azərbaycan Xalq Hərəkatının gənc öncüllərindən olub. Özəl şirkətdə satış meneceridir.

8. Tural Əhmədov - Moskva Dövlət Sosial Universitetinin hüquq fakültəsini bitirib. 2009-2013-cü ilıərdə Lökbatan bələdiyyəsində hüquq komissiyasının sədri olub, 2013-cü ildən İsveçin Stockholm şəhərində yaşayır.

9. Aytən Əyyub - İstanbul Universitetində siyasət elmləri üzrə magistr və doktorantura təhsili alıb.

10. Saleh Nazim oğlu Həsənov - Bakı Dövlət Universitetində bakalavr və magistr təhsili alıb, tarixçidir. BMT-nin İnkişaf Proqramının rəsmi biznes təlimçisidir.



Xəbərin oxunma sayı : 2542




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap