Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycan 1.2, Gürcüstan 1.7 milyard dollarlıq mal ixrac edib

Tarix 21.11.17, 2:05

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Gömrük Komitəsi Azərbaycandan ixrac olunan malların həcmi barədə məlumat yayıb. 2017-ci ilin ilk 10 ayı ərzindəqeyri-neft sektoru üzrə ixrac 1 milyard 219 milyon ABŞ dolları həcmində olub və bu ixrac əməliyyatlarında 1723 subyekt iştirak edib. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017- ci ilin 10 ayında qeyri-neft sektoru üzrə ixrac 23 faizdən çox artıb. Cari ilin 10 ayı ərzində qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında Rusiya liderliyi qoruyub. 2017-ci ilin 10 ayı ərzində bu ölkəyə 424 milyon ABŞ dolları dəyərində ixrac olub. Növbəti yerləri isə Türkiyə (243 milyon ABŞ dolları), İsveçrə (115 milyon ABŞ dolları), Gürcüstan (108 milyon ABŞ dolları) və Türkmənistan (48 milyon ABŞ dolları) bölüşür.

2017-ci ilin 10 ayı ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında birinci yeri pomidor (tomat) 131.5 milyon ABŞ dolları ilə tutub. İkinci yerdə qızıl (98.5 milyon ABŞ dolları) və üçüncü yerdə qabığı təmizlənmiş meşə fındığı (88.6 milyon ABŞ dolları) dayanır.
Müqayisə üçün deyək ki, 2017-ci ilin analoji dövründə qonşu Gürcüstanın ixracının həcmi 1.7 milyard dollar olub. Bu barədə məlumatı Gürsüstanın Statistika İdarəsi verib




Xəbərin oxunma sayı : 163




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap