Tünzalə Ağayeva açıq-saçıq paltarda - Foto Azərbaycanlı müğənni yarıçılpaq şəklini paylaşdı - FOTO Azərbaycanlı aparıcı yataqda seksual pozlar verdi - FOTOLAR Müğənni Mina sərxoş olub sinəsini açdı - FOTO
Axtar
 
  • / Maqazin / — 27 Noyabr 2019

    Tünzalə Ağayeva açıq-saçıq paltarda - Foto

  • / Maqazin / — 02 Noyabr 2019

    Azərbaycanlı müğənni yarıçılpaq şəklini paylaşdı - FOTO

  • / Maqazin / — 17 Oktyabr 2019

    Azərbaycanlı aparıcı yataqda seksual pozlar verdi - FOTOLAR

  • / Maqazin / — 16 Oktyabr 2019

    Müğənni Mina sərxoş olub sinəsini açdı - FOTO

  • / Maqazin / — 15 Oktyabr 2019

    Afaq yenə alt paltarında fotolarını yaydı – FOTOLAR

  • / Maqazin / — 14 Oktyabr 2019

    Nura Suri sinə hissəsini paylaşdı - FOTO

Azərbaycan şirkətlərinin Türkiyədəki kapitalı nə qədərdir?- Statistika

Tarix 09.09.19, 22:30

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin yanvar-iyul aylarında Türkiyədə Azərbaycan kapitalı olan 109 şirkət qeydiyyata alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9 şirkət çoxdur.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Ticarət və Sənaye Palatası (TOBB) məlumat yayıb.

Məlumatda bildirilir ki, 2019-cu ilin yeddi ayı ərzində Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 15,278 milyon türk lirəsi olduğu halda, 2018-ci ilin eyni dövründə bu rəqəm 33,919 milyon türk lirəsi təşkil edib.

Qeyd edilib ki, 2019-cu ilin yanvar-iyul aylarında Azərbaycan şirkətlərinin əksəriyyəti, ümumi kapitalı 11,521 milyon türk lirəsi olan İstanbulda (89 şirkət) qeydiyyata alınıb.

Göstərilən müddətdə Türkiyənin Antalya vilayətində Azərbaycan kapitalı ilə 8 şirkət qeydiyyata alınıb. Bu ilin yeddi ayı ərzində Antalya əyalətində qeydə alınan Azərbaycan şirkətlərinin ümumi kapitalı 1,777 milyon lirə təşkil edib.

2019-cu ilin yanvar-iyul aylarında Türkiyədə üç mədən, 12 sənaye, 11 tikinti, topdan və pərakəndə ticarətdə 53 şirkət, altı turizm şirkəti, eyni zamanda, Azərbaycan kapitalı olan bir maliyyə və sığorta şirkəti qeydiyyata alınıb. Azərbaycan kapitalı ilə qalan 23 şirkət iqtisadiyyatın digər sahələrində iştirak edir.

Hesabat dövründə qeydə alınan topdan və pərakəndə ticarətdə 53 şirkətin ümumi kapitalı 8,373 milyon lirə təşkil edib.



Xəbərin oxunma sayı : 691

loading...

İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda