“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzi yaradıldı – Ramiz Mehdiyev sədr oldu

Tarix 12.03.20, 17:51

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzinin yaradılması və fəaliyyət istiqamətləri ilə bağlı müşavirə keçirilib.

Akademiyadan verilən məlumata görə, mərkəzin sədri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, sədr müavini AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylidir.

Müşavirədə çıxış edən R.Mehdiyev ideya və ideologiyanın xalqların, cəmiyyətlərin həyatında öz spesifik xüsusiyyət və mahiyyəti etibarilə bir-birindən fərqləndiyini deyib: “Azərbaycançılıqla bağlı yazılan kitab və məqalələrdə, o cümlədən mediada səsləndirilən fikirlərdə müxtəlif yanaşmalar var. Bu məfkurənin elmi cəhətdən araşdırılması üçün akademiyanın tərkibində ictimai əsaslarla yaradılan yeni mərkəzdə azərbaycançılıq ideologiyasının siyasi, tarixi, fəlsəfi, ədəbi baxımdan öyrənilməsi, bu sahədə tədqiqat və təbliğat işlərinin aparılması vacibdir”.

Müşavirədə çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli akademiyada belə bir mərkəzin yaradılmasını mühüm elmi-tarixi hadisə kimi səciyyələndirib.

O, ölkə elmində, xüsusən də Milli Elmlər Akademiyasında azərbaycançılıqla əlaqədar aparılmış tədqiqatların sistemli xarakter daşımadığı və konseptual tədqiqatlara ciddi ehtiyac duyulduğunu vurğulayıb.



Xəbərin oxunma sayı : 220




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap