“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Azərbaycan bankları sahibkarlara uzunmüddətli kreditlər niyə vermir? - Açıqlama

Tarix 26.11.22, 15:39

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya əsasən, yerli bankların verdiyi kreditlərin 80 %-i uzunmüddətlidir...

Belə ki, bu il oktyabrın 1-nə bankların kredit portfeli 19,2 milyard manat təşkil edib ki, bunun da 15,3 milyard manatı uzunmüddətli olub.

Bununla belə, söhbət 3 ildən artıq müddətə verilən kreditlərdən gedir və bunun da əsas hissəsi 5 ilə qədər müddətə verilən istehlak kreditləridir. Təcrübə göstərir ki, banklar öz vəsaitləri hesabına sahibkarlığın inkişafı üçün əhəmiyyətli olan 5-10 il müddətinə kreditlər verməyə elə də maraq göstər. "Report" bunun səbəblərini aydınlaşdırmağa çalışıb.

"Bankların uzunmüddətli vəsaitləri yoxdur"

İqtisadçı-ekspert Əkrəm Həsənov deyir ki, bankların uzunmüddətli vəsaitləri az olduğu üçün onlar adətən 5 ildən artıq müddətə kredit vermirlər: "Banklar üçün ən uzunmüddətli vəsaitlər onların nizamnamə kapitalıdır. Bu gün banklarımızın əksəriyyətinin nizamnamə kapitalı onların verdiyi kreditlərlə müqayisədə böyük deyil. Bankların vəsaitlərinin digər mənbəyi isə depozitlər və müştərilərin cari hesablarındakı vəsaitlərdir. Bu vəsaitlər də uzunmüddətli deyil, istənilən vaxt geri götürülə bilər. Banklara uzunmüddətli vəsaitləri Azərbaycan Mərkəzi Bankı verə bilər, amma bu istiqamətdə də onların imkanları məhduddur. Bank sistemi normal çalışan ölkələrdə uzunmüddətli kredit verən bank bilir ki, nə vaxtsa əmanətçilər pullarını kütləvi şəkildə geri götürmək istəsələr, o, ölkənin mərkəzi bankına müraciət edib kredit götürə biləcək. Azərbaycanda isə bank ona pul lazım olanda tənzimləyici qurumdan kredit ala biləcəyinə əmin deyil. Odur ki, Azərbaycanda uzunmüddətli kreditlər əsasən dövlət zəmanəti əsasında verilən kreditlərdir. Bunlara misal olaraq İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun xətti ilə verilən kreditləri göstərə bilərik”.

"Biznes mühiti tam formalaşmayıb"

"İqtisadi və Sosial Araşdırmalara Yardım" İctimai Birliyinin sədri Əyyub Kərimli isə deyir ki, bankların uzunmüddətli kredit verməməsinin səbəbi Azərbaycanda biznes mühitinin tam formalaşmamasıdır: “Banklar uzunmüddətli kredit verməzdən əvvəl hər bir biznes subyektinin sabitliyini və inkişafını müəyyən edir, riskləri nəzərə alaraq kreditləri daha çox qısamüddətli ayırırlar. Belə kreditlər üçün hesablanan faizlər də ayrılan məbləğə nisbətdə çox olur və sahibkarlıq subyektlərinin inkişafına mənfi təsir göstərir. Uzunmüddətli kreditlərin verilməsi üçün dövlət banklara həmişə maliyyə dəstəyi verməlidir. Və yalnız bu yolla kredit təşkilatlarını uzunmüddətli kreditlər verməyə stimullaşdırmaq olar. Biznes mühiti tam formalaşdıqdan sonra bankların dövlətin maliyyə dəstəyinə ehtiyacı aradan qalxacaq".



Xəbərin oxunma sayı : 532




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap