Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycanın bölünməsindən 208 il keçir: Gülüstan müqaviləsi - VİDEO

Tarix 12.10.21, 19:00

Font ölçüsü : - / +
bitmap-img6


Oktyabrın 12-də tarixi Azərbaycan torpaqlarını ikiyə bölən “Gülüstan müqaviləsi”nin bağlanmasından 208 il ötür. 

1813-cü ilin 12 oktyabr tarixində imzalanan həmin müqavilə ilə Azərbaycan Rusiya ilə İran arasında bölündü. Həmin tarixdə Gülüstan kəndində bağlanan, birinci Rusiya-İran müharibəsinin başa çatmasını bildirən müqavilə tarixə imzalandığı yerin adı ilə – “Gülüstan müqaviləsi” kimi yazılıb. 

Müqaviləni İran tərəfdən şahın vəkili Mirzə Əbülhəsən xan, Rusiya tərəfdən isə imperiyanın Gürcüstandakı komandanı Nikolay Ratişev imzalayıb. Bu sülh müqaviləsinin şərtlərinə əsasən, Azərbaycanın şimalındakı xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərti ilə yerdə qalan bütün xanlıqlar, yəni Lənkəran, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ və Şəki Rusiya İmperiyasına verilib. 

Açıklama yok.

208 il öncə Azərbaycan türklərini iki yerə ayıran “Gülüstan” müqaviləsi xaqımızın həyatında dəhşətli hadisələr üçün pis başlanğıc oldu. Fars və rus işğalçılığına qarşı dura bilməyən xalqımızın aqibətinə ayrılıq, parçalanma yazıldı. Farslarla ruslar 410 min kvadratkilometrlik ərazimiz olan dövlətçilik imkanımız, tarixi torpaqlarımızı şəxsi malları kimi öz aralarında böldülər. 

Yurdumuzu 11 maddədən ibarət müqavilə ilə bölən bu iki yad dövlət öz aralarında savaşa son qoymaq üçün bundan sonra əbədi dostluq şəraitində yaşayacaqlarına söz də verdilər. Həmin dostluq bu gün də davam edir. Beləliklə, bütöv Azərbaycan iki yerə parçalandı və ən acınacaqlısı isə müqavilə imzalanarkən Azərbaycandan, yəni bölüşdürülən torpaqdan kimsə orada iştirak etmədi.










Xəbərin oxunma sayı : 685




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap