“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Azərbaycanın bəzi yerlərində mobil telefonlarda şəbəkə niyə yoxdur? - VİDEO

Tarix 12.08.22, 17:56

Font ölçüsü : - / +
bitmap-img6


Tovuzun dağ kəndlərində sakinlər telefon mobil şəbəkə siqnalı əldə edə bilmək üçün çətin anlar yaşayırlar.

AzFakt.com “Xəzər Xəbər”ə istinadla xəbər verir ki, vətəndaşların kiminləsə telefonla əlaqə qurması onu metrlərlə yol qət etməyə məcbur edir. 
Mövcud vəziyyət Tovuz rayonunun ucqar dağ kəndlərinin demək olar ki, hamısını əhatə edir. Burada mobil operatorların dalğa ötürücü şəbəkələri olsa da yenə də sakinlər problemlə üzləşirlər.

Şəbəkə tutan yüksəklik ərazilərdə isə qeyri-sabit hava şəraiti və elektrik enerjisinin verilməsində yaranan fasilələr də şəbəkəni tamamilə dayandırır. Beləliklə minlərlə sakinin dünya ilə mobil əlaqəsi kəsilir. Mobil şəbəkədə yaranan problemlər yerli sakinlərlə yanaşı turistik zonalara istirahətə gələn insanların da istirahətinə mənfi təsir edir. Bu da öz növbəsində turizmin inkişafından da təsirsiz ötüşmür.

Problemlə bağlı bildirilib ki, ölkə ərazisində hava şəraiti, ərazinin relyef xüsusiyyətlərindən, eləcə də, kənd-qəsəbənin sərhəd zolağında yerləşməsindən asılı olaraq siqnalların ötürülməsində müəyyən gecikmələr baş verə bilər. Eyni zamanda, telefon danışığı zamanı qeyd olunan Tovuz rayonunda şəbəkə ötürücü texnologiyaları şirkət  tərəfindən qurulub və getdikcə stansiyaların sayının artırılması üzrə işlər davam etdirilir.







Xəbərin oxunma sayı : 754




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap