Dekoltesi ilə gecəyə damğa vurdu - Fotolar “Məni bitirdin...” – Nəsrin hamamda 42 yaşlı Gülşən transparan geyimdə - Fotolar Pərvin çimərlik geyimində - FOTO
Axtar
 
  • / Maqazin / — 02 Sentyabr 2019

    Dekoltesi ilə gecəyə damğa vurdu - Fotolar

  • / Maqazin / — 23 Avqust 2019

    “Məni bitirdin...” – Nəsrin hamamda

  • / Maqazin / — 13 Avqust 2019

    42 yaşlı Gülşən transparan geyimdə - Fotolar

  • / Maqazin / — 11 Avqust 2019

    Pərvin çimərlik geyimində - FOTO

  • / Maqazin / — 05 Avqust 2019

    Səmra şərab içdi, sonra da... – Açıq-saçıq fotolar

  • / Maqazin / — 29 İyul 2019

    Afaq bu alt paltarında POZA verdi - Fotolar

Azərbaycanın ən effektsiz bankları – “Bank of Baku” və…

Tarix 11.06.19, 16:00

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda bank sektorunun ən çox “axsayan” sahələrdən biri olduğu hər kəsə yaxşı məlumdur. Dünyada az qala tayı-bərabəri olmayan qədər yüksək faizlərlə kredit verən və əksəriyyəti ayrı-ayrı məmur-oliqarxlara aid olan bankların rəsmi maliyyə hesabatlarına nəzər yetirdikdə, onların əhəmiyyətli hissəsinin ya ziyanla, ya da cüzi gəlirlə işlədiyi məlum olur. Bu cür yüksək faizlər qarşısında bankların bir qisminin zərərlə işləməsi əlbəttə ki, “möcüzədir” və bunun gerçək səbəblərini həmin bankların sahibləri daha yaxşı bilir…

“AzPolitika.info” xəbər verir ki, ölkədə fəaliyyət göstərən 30 bank bu ilin I rübünü cəmi 123,9 milyon manat xalis mənfəətlə başa vurub. Bu isə onların bu il aprelin 1-nə malik olduqları 4 milyard 638 milyon 586 min manat məbləğində nizamnamə kapitalının cəmi 2,7%-i qədərdir.

Ayrı-ayrı banklarda sözügedən nisbət fərqlidir. “Renkinq.az”-ın təqdim etdiyi cədvələ baxdıqda görünür ki, 1-ci rübdən mənfəətlə çıxmış 21 bank arasında nizamnamə kapitalından ən yaxşı istifadə edəni “Kapital Bank” ASC olub. Bu bankın əldə etdiyi mənfəət kapitalının 21,1%-ni təşkil edib. Baxmayaraq ki, “Kapital Bank” kapitalının məbləğinə görə, Azərbaycanda 6-cı bankdır.

Fəaliyyət effektivliyinə görə, 2-ci yeri “PAŞA Bank” ASC tutub. Bank ötən rüb nizamnamə kapitalının 10,7%-i qədər mənfəət əldə edib. Xatırladaq ki, “PAŞA Bank” kapitalının məbləğinə görə, 30 bank arasında ölkədə 3-cüdür.

Mənfəətinin kapitalına nisbətinə görə 3-cü yerə isə 10,5%-lik göstərici ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC sahib olub. Baxmayaraq ki, bu bank nizamnamə kapitalının məbləğinə görə, ölkədə liderdir.

Mənfəətlə işləyən qalan 18 bankdan 8-də sözügedən göstərici 1-10% arasında, 2 bankda 1%, 8 bankda isə 0-1% arasında dəyişir.

Bu göstərici üzrə ən bərbad vəziyyət isə “Accesbank” və “Bank of Baku”da müşahidə olunub. Bu banklar ən effektsiz banklar sayıla bilər, çünki onların fəaliyyət effektivliyi göstəricisi müvafiq olaraq, 28.8 faiz “Acces bank”da və 14.7 faiz “Bank of Baku”da təşkil edib. Bu o deməkdir ki, sözügedən banklar nizamnamə kapitalından ən pis istifadə edən banklardır. Onu da qeyd edək ki, “Bank of Baku” bankların əsas risk göstəricilərindən olan kapital adekvatlılığına görə də ən son yerlərdə qərarlaşıb.



Xəbərin oxunma sayı : 148

loading...

İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda