Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycanın tarixən birgəyaşayış modelinin universal nümunəsidir

Tarix 05.03.21, 16:29

Font ölçüsü : - / +
bitmap-img6


Tarixdən məlum olduğu kimi ta qədimlərdən indiyədək Azərbaycanda dini və etnik tolerantlıq hökm sürür. Odlar Yurdunda çoxsaylı etnik qrupların, dini konvensiyaların nümayəndələri mehriban qonşuluq şəraitində qaynayıb-qarışmış, ortaq dəyərlər əsasında yaşamışlar. 

Dini, milli, sosial azadlıqlar, tolerant mühitin təmin edilməsi milli-mənəvi dəyərlərin qorunması kontekstində vətəndaş cəmiyyətinə bəşər övladının öz yaşam kriteriyalarının və canlı aləmlə qarşılıqlı münasibətləri zəminində əxlaqi kodekslərin bərqərar olunması zərurətini
şərtləndirib. Müasir dünyaya nəzər yetirsək, milli və mənəvi dəyərlərin qarşılıqlı inteqrasiyası əvəzinə, onların süni yaradılmış qarşıdurması çoxlu problemlər yaradıb.  Təəssüf ki, XXI əsrdə də inkişaf etmiş dünya qarşıdurmaların, etnik toqquşmaların, faşizm meyillərinin, təcavüzlərin, bir dövlətin digər dövlətə qarşı qəsbkarlıq cəhdlərinin şahididir. Azərbaycan da bu cür qarşıdurmalara, soyqırımlara tarix boyu məruz qalıb, məcburi olaraq
müharibələrə cəlb edilib. Bu müharibələrdə xalqımızın yeganə məqsədi torpaqlarımızın yadelli işğalçılardan qorunması olub. Bölgədə sülhün təminatçısı rolunu oynayan Azərbaycan dövləti torpaqlarının 20 %-nin 30 ilə yaxın bir müddətdə işğal altında qaldığı bir dövrdə də düşmənlə sülh dilində danışmağa cəhd göstərib.  Sözsüz ki, sonda- sülh yolu ilə münaqişəni həll etmək mümkün olmadıqda “söz ilə başa düşməyəni yumruq ilə başa salarlar” deyiminə əməl etmək məcburiyyətində qaldıq və hər zaman olduğu kimi haqq-ədalət yenə də zəfər çaldı.

Beynəlxalq qanunların icrasını Azərbaycan özü həyata keçirməli oldu. 30 il müddətində dünyanın qaynar savaş nöqtələri sırasına daxil edilən, münaqişə zonası sayılan Qarabağımızın azad edilməsi regionda sülhün,ədalətin bərpası deməkdir. Ölkəmizin, dövlətimizin yürütdüyü daxili siyasətin əsasında dinindən, irqindən, dilindən, rəngindən asılı
olmayaraq bütün xalq və millətlərin Azərbaycan Konstitusiyasının qanunları çərçivəsində birgə, eynihüquqlu yaşaması təmin edilib. Mənfur qonşularımız monoetnik respublika yaratdıqları halda, Azərbaycanda digər
xalqların nümayənələri ilə yanaşı hətta 10 minlərlə erməni də azad və təhlükəsiz şəraitdə yaşayır. Bütün dinlərdən olan insanların dininə hörmət olaraq kilsə, sinaqoq və tarixən qədim məbədlər qorunub saxlanmışdır.  Heç kim dininə və əqidəsinə, irqinə, cinsinə, etnik, siyasi, sosial mənsubiyyətinə görə ayrı-seçkiliyə, təzyiqlərə məruz qoyulmamışdır. Dünyəvi dövlət olaraq müasir, demokratik bir cəmiyyətə malik Azərbaycanda etnik və dini azadlıqlar fonunda sülh şəraitində yaşama maksimum təmin edilmişdir. Qeyd edək ki, ümummilli lider, dünya
şöhrətli siyasətçi Heydər Əliyevin uzaqgörən və müdrik fəaliyyəti nəticəsində müstəqil ölkənin vətəndaşlarına bütün bəşəri azadlıqlarla yanaşı, həm də dini etiqad azadlığı bəxş edilib. Bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyev də hər zaman milli-mənəvi dəyərlərə böyük hörmət göstərib və Azərbaycanın dünyada nümunəvi
tolerant ölkə imicini qazanmasında əsaslı rol oynayıb.

Azərbaycanda dövlət tərəfindən dini icmalara böyük diqqət və qayğı da göstərilir. Son illərdə ölkədə dövlət tərəfindən 500-dən yuxarı məscid, onlarla kilsə, sinaqoq və digər məbəd və ziyarətgahlar tikilib və ya
yenidən qurulub. Hazırda respublikamızda 2000-dən artıq məbəd və ziyarətgah var. Azərbaycanda dini bayramlar ən yüksək səviyyədə keçirilir. Bundan başqa, Bakıda tez-tez dini tolerantlıq və sivilizasiyaların qovuşması mövzusunda beynəlxalq konfranslar təşkil olunur.
Xatırlatmaq istərdim ki, Vətən müharibəsi dövründə qızğın döyüşlərin getdiyi bir zamanda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev düşmən tərəfi on dəfələrlə hərbi əməliyyatlara son qoymaqla sülhə
dəvət etdi. Münaqişə bitdikdən sonra bölgədə sülhün qorunması üçün bütün səylərə əməl etməklə ölkə başçımız dövlətimizin siyasətini dünyaya bəlli etdi. Azərbaycan hər bir zaman olduğu kimi davamlı sülhün ümumbəşəri sosial-siyasi dəyər kimi qiymətləndirərək ermənilərin azərbaycanlılarla birgə yaşaması üçün hər bir imkanın yaradılacağını bəyan etdi. Bu isə bir daha Azərbaycanın tarixən birgəyaşayış modelinin universal nümunəsi olduğunu sübut edir. Digər xalqlarla yanaşı erməni xalqının da azərbaycanlılarla birgə sülh şəraitində yaşaması ilə bağlı artıq
təsəvvürlər də mövcuddur. Əslində bu təcrübə qonşu Gürcüstan, Rusiya, Ermənistan və hətta Avropanın bir sıra ölkələrində mövcuddur. Bu şəraiti yaradan isə dövlətimizin yürütdüyü siyasətdir. Bəli, Azərbaycan öz qədim, möhtəşəm milli-mənəvi dəyərləri üzərində öz inkişafını davam etdirir və
dövlətimiz dünyaya milli mədəniyyətini müasir elmi-texniki inkişafı bir arada tutan bir Azərbaycan modeli təqdim edir. Azərbaycan bu gün dünyaya belə nümunəni göstərə bilən azsaylı ölkələrdən biridir. Deməli,
dünyanın hələ bizdən öyrənəcəyi çox şey var.

Ağayev Mirnizami 



Xəbərin oxunma sayı : 385




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap