“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycan Rusiydan təbii qaz idxalını dayandırıb - Ölkələrin siyahısı

Tarix 12.09.25, 11:49

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin ilk 7 ayı ərzində Azərbaycan xarici ölkələrə ümumi dəyəri 5 milyard 269,1 milyon dollar olan 14 milyard 409,7 milyon kubmetr təbii qaz satıb.

Yeniavaz.com xəbər verir ki, xarici ölkələrə satılan təbii qazın 1000 kubmetrinin orta gömrük dəyəri 365,7 dollar olub.

Qeyd edək ki, Azərbaycan təbii qazı 6 ölkəyə satıb.
Təbii qazın satıldığı ölkələr, satılan təbii qazın miqdarı və 1000 kubmetrinin gömrük dəyəri belə olub:
- Türkiyə – 5,79 milyard kubmetr (275 dollar);
- İtaliya – 5,43 milyard kubmetr (505 dollar);
- Gürcüstan – 1,43 milyard kubmetr (111 dollar);
- Bolqarıstan – 1,05 milyard kubmetr (374 dollar);
- Yunanıstan – 520,4 milyon kubmetr (534 dollar);
- Serbiya – 180,1 milyon kubmetr (561 dollar).
Onu da bildirək ki, Azərbaycan qaz ixrac etməklə bərabər Türkmənistandan və Rusiyadan təbii qaz idxal edib. Bu ilin ilk 7 ayında Azərbaycan Türkmənistandan 200,3 milyon, Rusiyadan isə 21,2 milyon kubmetr qaz alıb. Bu ölkədən alınan qazın 1000 kubmetrinin gömrük dəyəri müvafiq olaraq 150 və 185 dollar olub.
Məlumat üçün bildirək ki, Rusiyadan idxal edilən təbii qaz bu ilin ilk yarısına aiddir. İyul ayı ərzində Azərbaycan Rusiyadan təbii qaz idxal etməyib.



Xəbərin oxunma sayı : 820




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap