Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycan tanımadığı ölkə ilə oynamağa razılaşdı

Tarix 14.01.18, 23:46

Font ölçüsü : - / +
bitmap-img6


Futbol üzrə Azərbaycan yığması hər halda 2 fevralda yoldaşlıq matçı keçirəcək. Virtualaz.org-un məlumatına görə, Qurban Qurbanovun yetirmələri Türkiyədə, Antalyadakı məşq toplanışlarından imtina edən Gürcüstanın yerinə Kosovonun milli komandası ilə oynayacaqlar. Bu haqda AFFA ilə bu dövlətin futbol federasiyası arasında ilkin razılıq əldə olunub

Maraqlıdır ki, Azərbaycan, bir çox başqa ölkələr kimi, Kosovo Respublikasını tanımır. Bununla belə, Kosovo artıq FİFA və UEFA-nın tərkibinə daxildir, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin üzvüdür.

Kosovodan idmançılar artıq Bakıya beynəlxalq yarışlara gəliblər. Məsələn, onlar Avropa Oyunları-2015-də iştirak ediblər. Azərbaycana Kosovonun futbolçuları da gəliblər, hansılar ki, Avropa-2019 gənclər çempionatının seçmə mərhələsində bizimlə eyni qrupda oynayırlar.

Əgər Kosovonu tanımayan, amma onların futbol yığması ilə oynamağa məcbur olan ölkələri xatırlasaq, onda Ukrayna nümunəsini yada salmaq olar. Amma dünya çempionatı-2018-in seçmə yarışında ukraynalılar Kosovoya qarşı ev matçını öz meydanlarında yox, Polşa Krakovunda keçiriblər.

Xatırladaq ki, Kosovo ilə matça qədər Azərbaycanın yığması Antalyada Moldova ilə oynayacaq. Bu oyun yanvarın 30-na planlaşdırılıb.



Xəbərin oxunma sayı : 169




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap