Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycan XİN-in “qara siyahısı” - Rusiya vətəndaşları çoxluqdadır

Tarix 05.10.18, 12:53

Font ölçüsü : - / +
bitmap-img6


Bu günlərdə Azərbaycan Xarici İşlər Nazirliyi “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndakı iki əcnəbinin adını bu siyahıdan çıxarıb. Şərti olaraq “qara siyahı” adlanan siyahıya həmin şəxslər Azərbaycanın icazəsi olmadan işğal olunmuş Qarabağa səfər etdikləri üçün daxil edilmişdilər.

Onlardan biri - Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı, İbrahim Ahmed Mohammed Abdalladır. Bu şəxs Azərbaycan Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib. XİN-dən verilən məlumata görə, məktubunda İbrahim Ahmed Mohammed Abdalla 2017-ci ildə Dağlıq Qarabağa səfər etdiyini bildirib və səfərinin doğuracağı nəticələr barədə məlumatlı olmadığını ifadə edib. O, bu səfərin Azərbaycan Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb.

İbrahim Ahmed Mohammed Abdalla Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib. Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, İbrahim Ahmed Mohammed Abdalla Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfərin heç bir halda bu bölgədə yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini ifadə edib. Həmçinin o, gələcəkdə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməyəcəyini vurğulayıb, gələcəkdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edib.

Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair bir neçə gün öncə qərar qəbul edilib.

Əfv diləyi yerinə yetirilən ikinci əcnəbi Latviya vətəndaşı, “IMPRO Travels LTD” tur agentliyinin əməkdaşı Harijs Egliensdir. O da Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib. Məktubunda Harijs Egliens 2015-ci ilin oktyabr ayında Dağlıq Qarabağa səfər etdiyini bildirib və səfərinin doğuracağı nəticələr barədə məlumatlı olmadığını ifadə edib. O, bu səfərin Azərbaycana və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb.

H.Egliens Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.

Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, H.Egliens Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfərin heç bir halda bu bölgədə yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini ifadə edib.

Həmçinin o, gələcəkdə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməyəcəyini vurğulayıb. Sonda H.Egliens gələcəkdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edib. Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Qeyd edək ki, hazırda Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahı”sında 600-ə yaxın insanın adı var. 2017-ci ilin dekabrın sonunda XİN siyahıda 600 civarında əcnəbinin adının olduğunu açıqlamışdı. 2018-ci il üçün konkret rəqəm hələ ki açıqlanmayıb. 2017-ci ildə 10-a yaxın şəxs adlarının bu siyahıdan çıxarılması ilə bağlı Azərbaycan tərəfinə müraciət etmişdi. Müraciət edənlərin adı arzuolunmaz şəxslər siyahısından çıxarılmışdı.

Rəqəmlərə nəzər yetirdikdə “Qara siyahı”nın ildən-ilə böyüdüyü məlum olur. 2015-ci ildə XİN-in rəsmi açıqlamasında “qara siyahı”da 470 nəfərin adının olduğu, 2016-cı ildə siyahıdakıların sayının 529-a çatdığı qeyd edilirdi. 2017-ci ildə isə siyahıda 600-ə yaxın şəxsin adının olduğu açıqlanmışdı. Rəsmi açıqlamada o da bildirilirdi ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş və bu səbəbdən “qara siyahı”ya adları daxil edilmiş xarici ölkə vətəndaşlarının böyük bir qismi media nümayəndələrinin payına düşür. Siyahıya Minsk Qrupunun həmsədr ölkəsi olan Rusiya vətəndaşları başçılıq edir. İşğal olunmuş Dağlıq Qarabağa ən çox qanunsuz səfər etmiş xarici ölkə vətəndaşları Rusiyadan olanlardır. Siyahıda nöbəti yerləri ABŞ, Almaniya, İtaliya, Fransa və digər ölkələr tutur. Azərbaycana gəlişi yasaqlanan şəxslər arasında müxtəlif ölkələrdən olan siyasətçilərlə yanaşı, şair, yazıçı, heykəltəraş, musiqiçi də var.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağa və Azərbaycanın digər işğal olunmuş bölgələrinə qanunsuz səfər edən şəxslərin adlarını “qara siyahı”ya daxil etməsini, onların Azərbaycana buraxılmasına yasaq qoyulmasının düzgün və lazımlı addım olduğunu, lakin bir dəfə üzrhaxlığa görə Azərbaycanın ərazi bütövlüyünü pozmuş adamların qara siyahıdan adlarının çıxarılmasının düzgün olmadığını bildirdi: “Nazirliyin Azərbaycan qanunlarını pozmuş bu cür şəxsləri bircə dəfə üzr istəyədən sonra siyahıdan çıxarması qətiyyən düz deyil. Belə çıxır ki, böyük bir qanunsuzluğa yol verəcəksən, Azərbaycanın ərazi bütövlüyünü pozacaqsan, sonra da bir dənə üzr məktubu ilə məsələni həll edəcəksən?! Hər dəfə kimsə üzr istəyir, o saat da onu bağışlayırlar. Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etmiş şəxs bununla cinayət törədir. Cinayətkarı bu cür adi bir üzrxahlıqla başışlamaq böyük yanlışlıqdır. O cür adamlara qarşı axıra qədər sərt mövqe sərgilənməlidir. Çünki bu cür yumşaq münasibət digərlərini də eyni addımı atmağa şirnikləndirir. Elə sərt mövqe olmalıdır ki, bir də heç kəs cəsarət edib həmin addımı atmasın. Ən azından, belə bir qayda və şərt rəsmiləşdirilməlidir ki, hətta üzr istənilsə belə üzr istəyən şəxsin, məsələn, 3 il ərzində Azərbaycan ərazisinə buraxılması qadağandır, üç il sonra qadağa qüvvədən düşəcək. Bu, həm də bir sınaq müddəti ola bilər.

Hər kəs bilməlidir ki, Ermənistanın yalanlarına uyub Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmək hüquqi məsuliyyət daşıyır və məsuliyyətdən yaxa qurtarmaq elə də asan deyil".

“Yeni Müsavat” 



Xəbərin oxunma sayı : 136




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap