“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Azərbaycan yanacağı Ermənistanda niyə ucuz satılır? - AÇIQLAMA

Tarix 08.01.26, 15:22

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistan İqtisadiyyat Nazirliyi Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasının göndəriləcəyi ilə bağlı məlumatı təsdiqləyib.

Xatırladaq ki, Azərbaycan mediası bu gün Ermənistana növbəti neft məhsulları göndərəcəyi barədə məlumat yayıb. Qeyd olunub ki, bu dəfə Azərbaycandan Ermənistana 1000 ton A92 markalı benzini, eyni miqdarda dizel yanacağı və 1800 ton A95 benzininin daşınması planlaşdırılır.

Qeyd etmək lazımdır ki, Azərbaycandan Ermənistana ilk neft məhsullarının idxalı 2025-ci ilin sonunda baş tutub. Həmin vaxt 22 vaqondan ibarət qatar 1218 ton A95 markalı benzini Ermənistana aparıb.


Modern.az-a açıqlamasında Azərbaycan-Ermənistan iqtisadi əlaqələrinə toxunan iqtisadçı İlham Şaban qeyd edib ki, iki ölkə arasındakı ticarət kommersiya əsaslı müqavilə ilə tənzimlənir. Birbaşa dövlət əhəmiyyətli və siyasi səviyyə deyil, şirkətlararası satış olduğu üçün bu barədə ictimaiyyətə mütləq hesabatın təqdim olunması nəzərdə tutulmur:

“Buna baxmayaraq benzinin Ermənistana neçə manata satılması ilə bağlı məlumatlar satışdan iki ay sonra Dövlət Statistika Komitəsinin “Beynəlxalq Ticarətə dair bülleteni”ndə dərc ediləcək”.

İlham Şaban əlavə edib ki, benzin satışı uzun müddətli müqavilə bağlanmayıb. Ekspert Azərbaycanın dekabrda Ermənistana satdığı “Aİ-95” markalı benzinin litrinin 430 drama (1,93 AZN) İrəvanın Rusiyadan idxal etdiyi yanacaqdan 17% daha ucuz satılmasına da aydınlıq gətirib.

“İllərlə öhdəliyin götürülməsi heç düzgün də deyil. Bu, bazardır. Danışıq alınmasa, hansısa dönəmdə ticarət dayana bilər. O ki qaldı, Ermənistana satışın digər ölkələrə satdığımız benzindən daha ucuz olmasına, bu da qaydalara uyğundur. Ermənistan ən yaxın qonşu ölkədir. Təbii ki, logistika xərclərinin azlığı təsir edəcək”.



Xəbərin oxunma sayı : 283




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap