Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Azərbaycana avtomobil idxalı kəskin azalıb - Səbəb nədir?

Tarix 16.04.26, 21:58

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycana avtomobil idxalında kəskin azalma müşahidə olunur.

Rəsmi statistikaya görə, bu ilin ilk rübündə idxal olunan minik avtomobillərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 min 587 ədəd, yəni 36.2% azalıb. Beləliklə, idxal göstəricisi 13 min 359 ədədə enib.

Xezerxeber.az-ın məlumatına görə, ekspertlər hesab edirlər ki, bu rəqəmlərin arxasında həm qanunvericilikdəki dəyişikliklər, həm də iqtisadi faktorlar dayanır.

Əsas səbəblərdən biri yaşı 10 ildən çox olan nəqliyyat vasitələrinə qoyulan qadağadırsa, digəri vergi güzəştlərinin ləğvidir.

Lakin bu azalma heç də avtomobil qıtlığı demək deyil.

Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev bildirir ki, ölkənin avtoparkı üçün narahatlığa əsas yoxdur. Çünki anbarlarda kifayət qədər ehtiyat toplanıb.

Ekspertin fikrincə, ölkədə start götürən utilizasiya prosesi də yeni avtomobillərə tələbatı stimullaşdıracaq. Köhnə və ekoloji cəhətdən yararsız maşınlar sıradan çıxdıqca, onları yeniləri əvəz etməlidir.

Xatırladaq ki, ötən ilin ilk rübündə bu rəqəm xeyli yüksək- 20 min 946 ədəd təşkil edirdi.





Xəbərin oxunma sayı : 124




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap