Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycana qarşı təxribat hazırlayan ermənilərə xəbərdarlıq edildi

Tarix 23.05.17, 18:18

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın Kursk şəhərində Azərbaycanın Respublika Günü - 28 mayda planlaşdırılan təxribatla bağlı erməni gənclərə xəbərdarlıq edilib.

Rusiyadakı Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun sədri Şamil Tağıyev APA-ya bildirib ki, Kursk erməni gənclər Assosiasiyası mayın 28-də şəhərdə “Şuşanın azad olunmasının 25 illiyi” adlı təxribat xarakterli aksiya və “bayram konserti” ilə bağlı elanlar yaydıqdan sonra Rusiyada yaşayan azərbaycanlı gənclər adından rəsmi qurumlara, o cümlədən şəhər meriyasına müraciət olunub və narahatlıq bildirilib.

Kursk şəhərindəki Azərbaycan diasporunun bir qrup üzvünün şəhər meriyası və erməni diasporunun nümayəndələri ilə görüşündə bunun qarşısının alınması tələb olunub. Ermənilər səhvlərini düzəldəcəklərinə söz veriblər, elanlardan və proqramlardan "Şuşanın azad olunmasının 25 illiyi” adlı hissəsi yığışdırılıb. Bildirilib ki, həmin gün Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı hər hansı təxribat xarakterli hal olsa, azərbaycanlılar tərəfindən buna sərt reaksiya veriləcək.

Qeyd edək ki, bir neçə gündür Kurskda fəaliyyət göstərən erməni gənclər təşkilatları mayın 28-də “Şuşanın azad olunmasının 25 illiyi” adı ilə təxribat xarakterli aksiya və konsertin keçirilməsi elanını verib, rəsmi icazə aldıqlarını bəyan ediblər. Rusiyada yaşayan azərbaycanlılar bununla bağlı ölkənin müvafiq qurumlarına şikayət ediblər.

Xatırladaq ki, Azərbaycanın Şuşa şəhəri erməni silahlı birləşmələri tərəfindən 1992-ci il mayın 8-də işğal olunub.



Xəbərin oxunma sayı : 112




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap