Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycana toxumluq kartof fevraldan idxal ediləcək - İZAH

Tarix 07.02.20, 21:32

Font ölçüsü : - / +
bitmap-img6


Nazirlər Kabineti toxumluq kartofun idxal rüsumlarında dəyişiklik edilməsi haqqında qərarın izahını verib.

Nazirlər Kabinetindən "Report"a verilən məlumata görə, qərar faraş kartof istehsalının artırılmasının dəstəklənməsi məqsədi ilə hazırlanıb.

Qərara əsasən, toxumluq kartofun idxalının gömrük rüsumlarından azad edilməsi bir ay qabağa çəkilir.

Əvvəlki qərara əsasən, kartof toxumunun idxalı mart, aprel, may aylarında gömrük rüsumundan azad edilib.

Dəyişiklikdən sonra isə bu, fevral, mart, aprel aylarına şamil ediləcək.

Kartof toxumu idxal olunduqda, onun daşınmasına, çeşidlənməsinə, əkinqabağı otaq və ya istixana şəraitində cücərdilməsinə və əkinin aparılmasına işçi qüvvəsindən və kartofun miqdarından asılı olaraq 20-25 gün vaxt tələb olunur. Nəticədə may ayında idxal olunmuş kartofun əkin müddəti iyun ayına təsadüf edir ki, bu ayda artıq dağlıq rayonlarda kartofun vegetasiya dövrü tam kollanma fazası ilə qönçələmə fazası arasında olur və beləliklə, kartof toxumunun may ayında idxal olunmasının iqtisadi səmərəsi azalır.

Bu qərardan sonra əvvəlki dövrdən fərqli olaraq rüsumsuz idxal olunan toxumdan alınan ilk məhsul mayda deyil, artıq apreldə yığılacaq, məhsuldarlığın artmasına və məhsul bolluğuna səbəb olacaq, fermerlərin istehsal xərci azalacaq və faraş kartofun maya dəyəri aşağı düşəcək və rüsumsuz toxum idxalı siyasətinin iqtisadi səmərəsi artmış olacaq.



Xəbərin oxunma sayı : 700




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap