Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycana tropik hava kütlələri daxil olub

Tarix 20.07.17, 20:47

Font ölçüsü : - / +
bitmap-img6


“Hazırda Azərbaycan ərazisində müşahidə olunan hava şəraiti iyul ayı üçün xarakterikdir və iqlim normasına uyğundur”. Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, iqlimşünas Məhərrəm Həsənov deyib.

İqlimşünas bildirib ki, Bakıda hazırda havanın temperatur 35-37 dərəcə arasındadır: “Paytaxt üçün orta aylıq temperatur 26-27 dərəcədir. Ayrı-ayrı günlərdə temperatur yüksək olsa da, ortalama toplayanda orta aylıq temperatura yaxın olacaq. Ən yüksək temperatur, yəni 40 dərəcə Mərkəzi Aranda və Naxçıvanda müşahidə oluna bilər. Amma bu da sutkalık temperatur deyil, yüksək temperatur günorta müşahidə olunur”.

Onun sözlərinə görə, hazırda Azərbaycanda tropik hava kütlələri hökm sürür: “Bu, Şimali Afrikadan Ərəbistandan gələn hava kütlələri dayanıqlı şəkildə durur. Belə hava kütlələri adətən 3-5 gün hakimlik edir”.

Məhərrəm Həsənov qeyd edib ki, iyul və avqust ayı Azərbaycanda elə də sərin keçmir, adətən avqustun birinci ongünlüyünə qədər istilər olur: “Növbəti günlərdə ölkə ərazisində temperatur normadan 1-2 dərəcə çox ola bilər. Amma havanın temperaturunun kəskin aşağı düşməsi gözlənilmir. Yəni, 5 dərəcə fərqi ilə havanın soyuması olmayacaq, ümumi normaya yaxın olacaq”.

Mütəxəssis belə havanın kənd təsərrüfatına təsirindən danışaraq bildirib ki, hazırda müşahidə olunan hava şəraiti bəzi meyvələrə və bostan bitkilərinə xeyirdir: “Məsələn üzümə, qarpıza, yemişə isti hava yaxşı təsir edir, onların keyfiyyəti yaxşı, şirinliyi də çox olacaq”.

İsti havanın insanların səhhətinə təsirinin havanın nisbi rütubətinin normadan yüksək olması ilə bağlı olduğunu deyən mütəxəssis bildirib ki, normal nisbi rütubət 40-45 faiz olmalıdır: “Amma belə temperaturda nisbi rütubət 65 faizə qədər olur. Bu səbəbdən də insanların sağlamlıq durumları ilə bağlı narahatlıq hiss etmələri normaldır. Rütubətin çoxalması nəticəsində havada oksigenin azalması müşahidə olunurki, bunun nəticəsində də orqanizmdə narahatlıq yarana bilər”.



Xəbərin oxunma sayı : 208




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap