Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Azərbaycanda betona xərclənən milyardlar: “Neftdən bizə qalan betondur”

Tarix 17.06.19, 13:23

Font ölçüsü : - / +
bitmap-img6


Son 13 ildə Azərbaycanda ən çox inkişaf edən sektor beton istehsalıdır. 

AzFakt.com xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyib. O, bildirib ki, nəticədə beton iqtisadiyyatı milli iqtisadiyyatın sütununa çevrilib. Bu yalnız dövlət siyasətində deyil, həmçinin özəl bölmə və şəxsi təsərrüfatlarda da önə çıxıb. 

Q. İbadoğlu deyir ki, 2006-cı ildən bəri yalnız dövlət büdcəsindən tikinti məqsələri üçün 62,5 milyard manat vəsait ayrılıb. “Bir sözlə hər il orta hesabla 4,5 milyard manat pul daşa, asfalta, betona "xərclənib" ki, bu da il ərzində əldə edilən neft pullarının yarısı qədərdir. Demək olar ki, neftdən bizə qalan daş, asfalt, betondur”. 

Ekspert qeyd edib ki, 2018-ci ilin büdcəsində əsaslı vəsait qoyuluşu xərcləri əvvəlki illə müqayisədə 88,1 faiz artıb, 2019-cu ilin büdcəsindən bu məqsədlə 6,4 milyard manat (cəmi büdcə xərclərinin 30 faizinə qədər) vəsait ayrılması nəzərdə tutulub. 

“Büdcədən oğurlan pulların çoxu mənzil, villa, hasar tikintisinə yönəlib. Bakıda və onun ətrafında bu məqsədlər üçün əhali tərəfindən milyardlarla manat vəsait əlavə dəyər yaratmayan beton iqtisadiyyatına yatırılıb və həmin pullar ən yaxşı halda passiv biznes əməliyyatlarına (əmlakın icarəsi və satışına) yönəlib. Ermənistanla müharibə şəraitinə görə, müdafiə xərclərinin də ildən ilə artımını nəzərə alsaq, neftdən gələn pulların hər 3 dollarından 2-nin betona və hərbiyə yönədliyini deyə bilərik. Neft pullarının yerdə qalan üçdə birini isə dövlət neft fondu səhm və əmlak bazarlarında "küləyə" verməklə məşğuldur. 

Budur bizim istisadiyyatın fəlsəfəsi və nəticəsi: beton iqtisadiyyatı. Nəzərə alın ki, belə iqtisadiyyat bir müddət sonra təmir və saxlanma xərcləri tələb edir, sonra isə ya özü çökür, ya da başqaları tərəfindən sökülür, biz sözlə beton iqtisadiyyatı nə dayanıqlı olur, nə də dözümlü, birdən çat verir və onun üzərində qurulan hər şey tez bir zamanda da dağılır”.



Xəbərin oxunma sayı : 187




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap