Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycanda hər media orqanı özü-özünü dolandıra bilərmi? - VİDEO

Tarix 26.03.24, 20:04

Font ölçüsü : - / +
bitmap-img6


Son bir neçə ay ərzində Azərbaycanda fəaliyyət göstərən bir qrup jurnalist hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onların demək olar ki, hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, əksəriyyətinin barəsində həbs qətimkan tədbiri seçilib. Jurnalistlər isə ittihamları qəbul etmir, həbslərinin jurnalist fəaliyyətləri, apardıqları korrupsiya araşdırmaları ilə əlaqədar olduğunu bildirirlər.

Bəs Azərbaycanda media orqanları, qəzetlər, saytlar necə maliyyələşirlər? Dəqiq, qərəzsiz, etibarlı və oxunaqlı olmaq reklamlar vasitəsilə maliyyələşmək üçün kifayətdirmi? Rüşvəti, korrupsiyanı üzə çıxaran media özü-özünü dolandıra bilərmi?
AzFakt.com xəbər verir ki, “Azadlıq radiosu” “İzahla” verilişində bu suallara cavab axtarıb.
“Vaxt olub Azərbaycanda bəzi qəzetlərin illik reklam büdcəsi yüz min dollarlarla ölçülüb. Müxalifət, müstəqil qəzetlər satışdan da pul qazanıb söz azadlıqlarını saxlaya bilirlərmiş. Amma o vaxt da hakimiyyət rəsmi senzuralarla medianın tənqidlərinə nəzarət edirmiş”, - bunu “Turan” agentliyinin direktoru Mehman Əliyev deyib.
O bildirib ki, 1998-ci ildən bu senzura iqtisadi senzura ilə əvəzlənib:
“Onlar bütövlükdə reklam bazarını elə vəziyyətə salıblar ki, həmin o medialar onlardan asılı olsun. Reklamı da özləri verirlər. Bilirlər kimə nəqədər verirlər. Bu formada idarə etmək nəzarətdir, senzuradır”.

Daha ətraflı:



Xəbərin oxunma sayı : 427




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap