Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Azərbaycanda məcburi sosial sığorta ilə bağlı yeni uçot qaydaları hazırlanır

Tarix 24.05.19, 19:57

Font ölçüsü : - / +
bitmap-img6


Vergilər Nazirliyində məcburi sosial sığorta məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydaları hazırlanır

AzFakt.com Nazirliyə istinadən verdiyi xəbərə görə, bu barədə Nazirliyin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov bildirib.

Onun sözlərinə görə, 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinə dəyişikliklərdən sonra bir sıra metodiki və normativ sənədlər, o cümlədən fiziki şəxslərin uçota alınması, uçotdan çıxarılması və ləğvi ilə bağlı qaydalar hazırlanıb. Hazırda bu qaydalar üzərində iş aparılır.

Qeyd olunub ki, bu il yanvarın 1-dən mayın 1-dək isə yeni qaydada uçota alınan kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən torpaq mülkiyyətçilərinin və ailə kəndli təsərrüfatları kateqoriyasından olan sığortaolunanların sayı 2 937 nəfər olub. Onlara VÖEN təqdim edilib, müvafiq olaraq Dövlət Sosial Müdafiə Fondundan SUN (sığortaedənin uyğunluq nömrəsi) təqdim edilib. Ə.Məmmədov bildirib ki, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edənlərin məcburi sosial sığorta haqlarının ödənilməsi işinin təşkili üzərində də iş aparılır: "Bu məqsədlə Vergilər Nazirliyi bütün yerli strukturlara məktublar göndərib. Biz, eyni zamanda, ictimai təşkilatlarla da çalışmaq istəyirik".

Qeyd edək ki, 2019-cu ildən məcburi dövlət sosial sığorta məqsədləri üçün uçota alınma proseslərini Vergilər Nazirliyi həyata keçirir. Həmin proseslərin iştirakçıları fərdi sahibkarlar, hüquqi şəxslər, digər vergi ödəyiciləri, o cümlədən vergi mükəlləfiyyəti olmayan digər qurumlardır. Onların sırasında kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən torpaq mülkiyyətçiləri, ailə kəndli təsərrüfatları sahibləri də var. Ə.Məmmədov qeyd edib ki, əvvəlki illərdə Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyata alınanların sayı 202 min nəfərə qədər olub, onlara SUN verilib. Ötən il məcburi dövlət sosial sığorta haqlarını ödəyənlərin sayı da müəyyən olunub. Onlardan 5 971-i Vergilər Nazirliyində uçota alınıb.



Xəbərin oxunma sayı : 130




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap