Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycanda qida məhsullarının istehsalı 3,4 faiz artıb

Tarix 15.04.17, 17:08

Font ölçüsü : - / +
bitmap-img6


Cari ilin yanvar-mart aylarında ölkə sənayesinin emal sektorunda qida məhsullarının istehsalında 3,4 faiz artım olub

Dövlət Statistika Komitəsindən Azərtac-a bildirilib ki, içkilərin istehsalı 37,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,4 dəfə, geyim istehsalı 2 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 52,1 faiz, əczaçılıq məhsullarının istehsalı 2,4 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 42,4 faiz, tikinti materiallarının istehsalı 50,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 3,8 faiz, kompüter və elektron məhsulların istehsalı 2,2 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,9 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 24,7 faiz, mebel istehsalı 56,5 faiz artıb.

Həmin dövr ərzində tütün məmulatlarının istehsalı 58,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 54 faiz, kağız və karton istehsalı 3,3 faiz, poliqrafiya məhsullarının istehsalı 63,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 4,3 faiz, hazır metal məmulatlarının istehsalı 21 faiz, maşın və avadanlıqların istehsalı 42,4 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 59,9 faiz azalıb.

Bundan başqa, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,6 faiz artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,7 faiz azalıb.



Xəbərin oxunma sayı : 304




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap