Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycanda silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib

Tarix 15.02.17, 16:37

Font ölçüsü : - / +
bitmap-img6


Fevralın 14-də saat 15:10 radələrində Samux rayonunun Salahlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozmağa cəhd göstərən bir nəfər silahlı şəxs aşkar edilib

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, sərhəd pozucusu sərhəd naryadının qanuni tələblərinə tabe olmayıb, silahlı müqavimət göstərərək qaçmağa cəhd edib. Sərhədçilər təlimata uyğun hərəkət edərək silah tətbiq edib və sərhəd pozucusunu sol ayağından yaralayaraq yaxalayıblar.

İlkin tibbi yardım göstərildikdən sonra yaralı şəxsin Samux rayonu Salahlı kənd sakini, 1966-cı il təvəllüdlü Qarayev Məhəmməd İsa oğlu olduğu müəyyən edilib və Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə baxış zamanı bir ədəd 12 mm-lik qoşalülə ov tüfəngi, bir ədəd patron qatarı, 12 ədəd dolu və 8 ədəd boş patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.



Xəbərin oxunma sayı : 97




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap