Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycandakı bu mağazada hər şey pulsuzdur – VİDEO

Tarix 30.09.18, 16:22

Font ölçüsü : - / +
bitmap-img6


İsmayıllı sakinləri ehtiyacı olan insanlara əl tutmaq üçün maraqlı bir yola əl atıblar.

ARB TV xəbər verir ki, İsmayıllıda bir mağaza var ki, burda satılan hər şey pulsuzdur. Rayonun mərkəzində xeyriyyə məqsədi ilə fəaliyyət göstərən mağaza imkansız insanlara pulsuz pal-paltar, müxtəlif əşyaları təqdim edir. “Ehtiyacın varsa götür, ehtiyacın yoxdursa gətir” adlı kampaniyaya bütün rayon sakinləri qoşulub. Həm müraciət edən imkansız insanlara paltar götürmək imkanı yaradılır, həm də xeyirxah insanların gətirdikləri paltarlar qəbul edilir.

Xamis Babayev – Sakin: “Kimlərinsə maddi imkanı aşağıdır, burden yararlı paltar alıb istifadə edirlər. Gözəl təşəbbüsdür.

Kəmalə Xəlilova – Sakin: “5 uşaq anasıyam, uşaqlar bir-birinin paltarını geyinirlər. Eşitdim burada belə bir mağaza var. Gəldim müraciət etdim”.

Nariyə Babayeva – Sakin: “Paltar götürmüşüy uşaqlara. Bu mağazanı açanlara, bu şəraiti quranlara təşəkkür eləyirik. Çox sağolsunlar”.

Vitrində ayaqqabı, uşaq geyimləri, yay və qış geyimləri üstünlük təşkil edir. Ölçülər də fərqlidir. İsmayıllı ilə yanaşı, qonşu Ağsu və Göyçay rayonlarından da mağazaya maraq böyükdür. “Ehtiyacın varsa götür, ehtiyacın yoxdursa gətir” adlı kampaniyası çərçivəsində hətta əlil vətəndaşa əlil arabası, bir neçə imkansız ailələrə isə məişət avadanlıqları hədiyyə olunub.







Xəbərin oxunma sayı : 211




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap