Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycandan daşınan 5 milyard pulda nazir izi...

Tarix 15.03.19, 23:14

Font ölçüsü : - / +
bitmap-img6


Ölkədən milyardlar çıxarmaqda ittiham edilən şəxslərin məhkəməsi davam etdirilib.  Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda pulu leqallaşdırmada təqsirləndirilən Malik Əliyev və Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında bir daha məlum olub ki, 2013-2015-ci illərdə 9 şirkətin adına ölkədən əsasən, “Azəriqazbank”, Beynəlxalq Bank vasitəsilə 5.5 milyard manat pul çıxarılıb. Amma həmin şirkətlər o dövrdə Vergilər Nazirliyinə verdikləri rüblük hesabatların hamısında fəaliyyətlərinin olmadığı göstərilib. Həmin zaman da nazir Fazil Məmmədov idi.

Vergilər Nazirliyi bu şirkətlərlə bağlı yoxlama təyin etsə də, on gün sonra o qərar ləğv olunub. Beləliklə, o şirkətlərin adına olan bank əməliyyatları ilə hesabatlar arasındakı ziddiyyəti araşdıran olmayıb.

Məhkəmədə “Azəriqazbank”ın Monitorinq Mərkəzinin əməkdaşı Vüqar Quliyev məhkəmədə şahid kimi dindirilib. O deyib ki, banklarda ümumi qayda var, 20 min manatdan yuxarı istənilən əməliyyat barədə mütləq həm bankın özünün baş ofisi, həm də Mərkəzi Bank məlumatlandırılır. Bu, ümumi sistem-şəbəkə vasitəsilə həyata keçirilir.

Hakim ondan soruşub ki, bəs necə olub, bir gün ərzində 8-9 milyon manat pul çıxaran şirkət barədə heç bir araşdırma aparılmayıb?

Dindirmə zamanı o da məlum olub ki, adları çəkilən şirkətlərin pul köçürmələri zamanı 2005-2006-cı illərə aid müqavilələrdən, bəyannamələrdən istifadə olunub. Belə rəsmiləşdirilib ki, həmin dövrdə bağlanmış müqavilələr, alınmış malların pulu indi ödənilir. Bank əməkdaşından onu da soruşublar ki, 8-10 il əvvəl alınmış malın pulunun indi ödənilməsi necə olub ki, şübhə yaratmayıb?

Bundan başqa, müqavilədə Türkiyə şirkətinin adı göstərilsə də, vəsait Estoniyaya, yaxud Dubaya göndərilib.

Vüqar Quliyev əlavə edib ki, müştəri pul köçürmək istəyirsə, qanunla onlar müştərinin iş yerini, maliyyənin mənbəyini soruşa bilməzlər: “Həm də bu gün Suriyaya 50 avro pul köçürülməsi daha çox şübhə yarada bilər, nəinki 1 milyonluq valyutadəyişmə əməliyyatı”.

Məhkəmə Dövlət Sərhəd Xidmətindən də sorğu vasitəsilə məlumatlar alıb. Həmin məlumatlarla işdəki bank sənədlərinin müqayisəsində üzə çıxıb ki, təqsirləndirilən Rüfət Vəliyev ölkədə olmadığı vaxtlarda da onun adına olan şirkətlər vasitəsilə ölkədən böyük pullar çıxarılıb. Amma hələ ki, onun əvəzinə həmin bank sənədlərinə kimlərin imza atdığı məlum deyil.

Bu şirkətlərlə bağlı maliyyə əməliyyatları Beynəlxalq Bankda əsasən Nəqliyyat filialında həyata keçirilib. Ona görə də on ildən artıq həmin filialın baş mühasibi işləmiş, hazırda isə “Kapitalbank”da çalışan Afət Yusifova da məhkəmədə dindirilib.

Şahid deyib ki, şirkətlərin adına bank hesabları açılanda sənədləri təqsirləndirilən Rüfət Vəliyevin özü gətiribmiş: “Mən müştərilərlə birbaşa ünsiyyətdə olmurdum. Amma bildiyim qədər pulları da özü gətirirdi”.

A.Yusifova məhkəmədə bir şirkətin eyni gündə 50-60 milyon pul çıxarması barədə izahat verə bilməsə də, onun istintaqdakı ifadəsi yadına salınıb.

Məlum olub ki, həmin ifadə isə belədir: “Məndə şübhələr yaranmışdı, ona görə filialın müdiri Kənan Orucova bu barədə demişdim. O bildirdi ki, “bank rəhbərliyinin bu barədə məlumatı var. Tapşırılıb ki, bu şirkətlərə heç bir maneə yaradılmasın”.

Daha bir şahid Rəhman Salmanov 2006-cı ildə “Elektromaş” şirkətini yaradıb. O deyib ki, Rusiyada işlədiyinə görə, iki ölkə arasında birgə biznes məqsədilə bu şirkəti yaradıb. Amma işlədə bilməyib, bağlamaq qərarına gəlib: “2012-ci ildə bağlamaq istəyəndə dedilər ki, kiməsə verə bilərsən. Sumqayıtda vergi idarəsinə getdim, orada sənədləşmə məsələsini həll elədilər, satdım. O vaxtdan xəbərim yoxdur heç nədən”.

Cinayət işinin materiallarında əmr var ki, R.Salmanov ümumi yığıncağın qərarı ilə təqsirləndirilən Rüfət Vəliyevi şirkətə direktor təyin edib. Şahid belə bir əmr vermədiyini, oradakı imzanın da ona məxsus olmadığını bildirib.

Məhkəmə iclası martın 27-də davam etdiriləcək.



Xəbərin oxunma sayı : 610




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap