Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycanlı general deputatlığa namizədliyini irəli sürdü - FOTO

Tarix 15.12.19, 17:46

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan ordusunun istefada olan hərbi qulluqçusu, general-mayor, keçmiş korpus komandiri Qabil Məmmədov növbədənkənar parlament seçkilərində iştirak edəcək.

AzFakt.com bildirir ki, general Qabil Məmmədov 73 saylı Lənkəran şəhər Seçki Dairəsindən, öz təşəbbüsüylə deputatlığa namizədliyimi irəli sürüb.

Bu barədə general öz şəxsi feysbuk səhifəsində məlumat verib:

“Dəyərli dostlar!

Hamınızı salamlayır və qəbul etdiyim mühüm qərarım haqqında Sizləri məlumatlandırmaq istəyirəm. Belə ki, bir çoxlarınızın təkidli xahişini və ölkədaxili pozitiv dəyişiklikləri nəzərə alaraq, 73 saylı Lənkəran şəhər Seçki Dairəsindən, öz təşəbbüsümlə deputatlığa namizədliyimi irəli sürdüm. Bu qərar, bəlkə də həyatımda qəbul etdiyim ən məsuliyyətli qərarlardan biridir və onun mənəvi-psixoloji ağırlığını çiyinlərimdə hiss edirəm.

Sabahdan imzatoplama kampaniyasına start verməyi planlaşdırıram. İndiki imzatoplama dönəmində, sonrakı seçkiqabağı təşviqat və seçicilərlə görüş kampaniyasında, mənə dəstək vermək məqsədilə könüllü olaraq iştirak etmək istəyən bütün dostlarımızın təkliflərindən, aktivliyindən və həmrəyliyindən fərəh duyar və məmnun olaram”.

Qeyd edək ki, gneral-mayor Qabil Məmmədov Bərdədə  hərbi birləşməsinin komandiri olub. Ondan sonra  ölkəmizin Qazaxıstandakı səfirliyində hərbi attaşe, sonra isə HEM-ə şöbə rəisi vəzifəsinə təyin olunub. 2009-cu ildən hərbi qulluqdan istefaya göndərilib.  Əslən Lənkəran rayonundandır.(Azpost.info)



Xəbərin oxunma sayı : 475




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap