Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Azərbaycanlı turistlər xaricdə ən çox nələrə pul xərcləyirlər? - Siyahı

Tarix 04.11.25, 13:53

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin yanvar-sentyabr aylarında turist kimi xarici ölkələrə gedən 852 min 331 nəfər Azərbaycan vətəndaşı ümumilikdə 1 milyard 607 milyon 314 min manat xərcləyib.

Yeniavaz.com xəbər verir ki, xaricə gedən azərbaycanlı turistlərin adambaşına düşən xərcləri 1 887 manat olub.

Qeyd edək ki, azərbaycanlı turistlərin xərcləri arasında ilk sırada nəqliyyat xərcləri yer alır. Ümumi xərclərin 36%-ni və ya 577 milyon 395,1 min manatını nəqliyyat xərcləri təşkil edib.

Bu ilin yanvar-sentyabr aylarında azərbaycanlı turistlərin xaricdəki xərclələri belə olub:
Nəqliyyat xərcləri – 577 milyon 395,1 min manat;
Yerləşmə xərcləri – 374 milyon 585,4 min manat;
Qidalanma xərcləri – 313 milyon 995,6 min manat;
Malların və hədiyyələrin alınması – 261 milyon 174,6 min manat;
Turizm zərflərinin alınması xərcləri – 47 milyon 213,2 manat;
İdman və əyləncə xərcləri – 10  milyon 25,4 min manat;
Mədəniyyət xərcləri – 4 milyon 859,9 min manat;
Nəqliyyat vasitələrinin icarəyə götürülməsi – 2 milyon 763,4 manat;
Digər xərclər – 15 milyon 301,4 min manat.

Ölkələr üzrə ümumi turizm xərclərinə baxdıqda, Türkiyə 718 milyon 433,6 min manatla ilk yerdə, Rusiya isə 220 milyon 514,5 min manatla ikinci yerdə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycandan gedən turistlər ən çox Yaponiyada pul xərcləyiblər. Bu ilin ilk 9 ayında Yaponiyaya 129 nəfər azərbaycanlı turist gedib və onların hər biri orta hesabla 3 473 manat  xərcləyib.
Ən az pul xərcləyənlər isə Türkmənistana səfər edən turistlər olub. Türkmənistana 9 ay ərzində 11 min 242 azərbaycanlı turist gedib və onların hər biri 1 100 manat xərcləyib.

Azərbaycanlı turistlərin səfər etdikləri bəzi ölkələr və xərclədikləri məbləğ aşağıdakı kimi olub:






Xəbərin oxunma sayı : 238




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap