Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycanla Almaniya arasında siyasi məsləhətləşmə.... - XİN-dən açıqlama

Tarix 08.05.19, 11:08

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda, Azərbaycan Xarici İşlər Nazirliyi və Almaniya Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib

XİN-dən verilən məlumata görə, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Almaniya tərəfindən isə bu ölkənin Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili, səfir Mixael Zibert rəhbərlik ediblər.

Məsləhətləşmələr zamanı iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti təhlil olundu və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. Tərəflər, Azərbaycan və Almaniya arasında siyasi dialoqun yüksək səviyyədə olduğundan məmnunluq ifadə edib, bu xüsusda, Almaniyanın Federal Kansleri xanım Anqela Merkelin ötən ilin avqust ayında Azərbaycana səfərini xüsusi əhəmiyyət kəsb edən hadisə kimi dəyərləndiriblər. 

İkitərəfli iqtisadi əməkdaşlığın zəngin potensial imkanlara malik olduğu qeyd edilib, Azərbaycanda fəaliyyət göstərən Almaniya Ticarət-Sənaye Palatasının fəaliyyətindən məmnunluq bildirilib.

Həmçinin, mədəniyyət, elm və təhsil sahələrində əlaqələr müzakirə edilib, Bakıda DAAD və Höte Mərkəzinin fəaliyyətləri təqdirəlayiq hal kimi qiymətləndirilib, habelə Berlində Azərbaycan Mədəniyyət Mərkəzinin tezliklə açılmasının ikitərəfli humanitar əlaqələrə təkan verəcəyi qeyd edilib.

Görüşdə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusu ətrafında fikir mübadiləsi aparılıb. X.Xələfov, Almaniyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə və işğal olunmuş ərazilərimizdə separatçı rejimi tanımadığına dair mövqeyini yüksək dəyərləndirib və ATƏT-in Minsk qrupunun fəaliyyətinə göstərdiyi dəstək və səylərinə görə təşəkkürünü bildirib.

Bundan əlavə, tərəflər, Azərbaycanda siyasi, hüquqi və iqtisadi sahələrdə aparılan islahatlar, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.



Xəbərin oxunma sayı : 109




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap