“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

AzTU-nun fərqlənən tələbələri “Nar” tərəfindən mükafatlandırılıb

Tarix 08.02.17, 0:12

Font ölçüsü : - / +
bitmap-img6


“Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.
 
Mobil operatordan verilən məlumata görə, ötən il AzTU-da xüsusi avadanlıqlarla təchiz edilmiş “Nar” laboratoriyasının açılışını edib və layihə çərçivəsində tədris müəssisəsində müxtəlif maarifləndirici tədbirlər keçirmiş mobil operator AzTU ilə olan əlaqələrini müxtəlif istiqamətlərdə inkişaf etdirir.
 
Bu gün AzTU-da təşkil edilən növbəti tədbirdə 2016-2017-ci dərs ilinin ilk tədris semestrində Radiotexnika və rabitə fakültəsinin elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi ixtisası üzrə təhsil alan və ən yaxşı nəticələri göstərən tələbələrinin mükafatlandırılması mərasimi keçirildi. Qış imtahan sessiyasında göstərdikləri yüksək nəticələrə uyğun olaraq, I, II və III yerləri tutmuş tələbələr – Məmmədaslan Quliyev, Xəyalə Həsənli və Günay Abbasova mobil operatordan dəyərli hədiyyələr qazanıblar. 
 
Təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən “Nar”ın bu təşəbbüsü tələbələrə dərslərində daha uğurlu olmaları üçün əlavə stimul verir. Mobil operatorun KSM strategiyası çərçivəsində artıq hər semestrdə ən yaxşı nəticələri göstərmiş 3 AzTU tələbəsi “Nar” tərəfindən xüsusi hədiyyələrlə təltif edilir.
 
Xatırladaq ki, AzTU ilə imzalanmış tərəfdaşlıq müqaviləsi çərçivəsində universitetdə “Nar” GSM laboratoriyası yaradılıb, tələbələr GSM sahəsi üzrə müxtəlif nəzəri biliklər və təcrübə əldə etmək fürsəti qazanıblar. “Nar”ın müasir telekommunikasiya avadanlığının quraşdırıldığı xüsusi laboratoriyada peşəkar texniki işçi heyəti tərəfindən tələbələr üçün təlim və seminarlar keçirilir. Proqram çərçivəsində praktiki biliklərini inkişaf etdirən bir qrup gənc ixtisaslı kadr kimi yetişmək üçün mobil operatorda ilk addımlarını atıb. Universitetdəki laboratoriyanın təchizatı və tələbələr üçün nəzərdə tutulmuş təcrübə proqramı “Nar”ın gənclər və təhsilə yönəlmiş KSM strategiyası çərçivəsində həyata keçirilir.
 
“Nar” KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az saytından öyrənmək olar.  

174 aztu nun ferqlenen telebeleri nar terefinden mukafatlandirilib
174 aztu nun ferqlenen telebeleri nar terefinden mukafatlandirilib





Xəbərin oxunma sayı : 112




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap