Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“ Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO
Axtar
 
  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

Tarix 13.03.26, 15:12

Font ölçüsü : - / +
bitmap-img6


Apteklər şəbəkəsinə sahib olan "Dokta" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus apteklərdə yoxlama aparılıb. 

Qaynarinfo-nun məlumatına görə, yoxlama Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) əməkdaşları tərəfindən həyata keçirilib. 

Binəqədi rayonunda MMC-yə məxsus aptekdə otaqların divarları və döşəməsi hamar olmaqla özündə toz saxlamayan, dezinfeksiyaedici vasitənin istifadəsi ilə nəm təmizləməyə davamlı olan örtüyə malik olmadığı, dərman vasitəsinin (Fulisinar 15q məlhəm) saxlanma şəraitinin pozulması, resept əsasında buraxılmalı olan (euroxim 100 mg/5 ml.ş 50ml) dərman vasitəsinin reseptsiz satışı faktları aşkar edilib.

"Dokta" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib olunub və işə məhkəmədə baxılıb. 

Məhkəmənin hökmü ilə "Dokta" MMC İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib 1200 manat məbləğində cərimə edilib. MMC-yə məxsus aptektdə aşkar edilmiş saxlanma şəraiti pozulmuş inzibati xətanın bilavasitə obyekti olan 3 qutu, 15q "Fulisinar" məlhəmin məhv edilməsi barədə də qərar qəbul olunub. 

Qeyd edək ki, əczaçılıq sahəsində fəaliyyət göstərən "Dokta" MMC 22 sentyabr 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 AZN olan şirkətin qanuni təmsilçisi Muxtarov Elməddin Fəxrəddin oğludur. Millət vəkili Cavanşir Feyziyev barəsində mediada dərc edilən araşdırma materiallarında da "Dokta" MMC-nin deputata məxsus olduğu iddia edilir. Bu iddiaların təkzib olmasına dair heç bir məlumata rast gəlinmir. 

Cavanşir Fyeziyevin həm də "Avromed" şirkətinin sahibi olduğu bildirilir. Bu şirkət dərman bazarının ən iri şirkətlərindən hesab edilir. 



Xəbərin oxunma sayı : 166




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap