“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Ülviyyə Ağazadə pasiyentə 32 min manat təzminat ödəyəcək - SƏBƏB

Tarix 11.03.26, 15:12

Font ölçüsü : - / +
bitmap-img6


Tanınmış plastik-cərrah Ülviyyə Ağazadə "Azer Türk Med”da gerçəkləşən əməliyyat zamanı sağlamlığına zərər vurduğu pasiyentinə 31.718 manat təzminat ödəyəcək.

Teleqraf-ın əldə etdiyi məlumata görə, bununla bağlı məhkəmə qətnamə qəbul edib.

Məlum olub ki, Ülviyyə Ağazadə tərəfindən icra olunan əməliyyatdan sonra xəstənin vəziyyəti ağırlaşıb və o, "Azer Türk Med”dən başqa bir özəl klinikaya köçürülüb. Qadın buradakı müalicəsinə 27 000 manat civarında pul xərcləyib.

İş materiallarında pasiyent üzərində icra edilmiş abdominoplastika, bel, çanaq nahiyəsinin liposaksiyası, qasıq hissəsinin liposaksiyası cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmədiyi qeyd olunub. Sənədlərdə əməliyyatın qüsurlu icrası zamanı yumşaq toxumalar zədələndiyi, bunun da sonradan xəstənin vəziyyətinin ağırlaşmasına, yəni postoperasion hemorragik şoka, kəskin böyrək və qaraciyər zədələnmələrinə, posthemorragik anemiyaya, bilateral nozokomial pnevmoniyaya və sepsisə səbəb olduğu öz əksini tapıb. "Azər-Türk Med”də göstərilmiş qüsurlu tibbi xidmət səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş "Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları” 24.1 bəndinin (ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi) tələblərinin pozulması kimi qiymətləndirilib.

Qeyd edək ki, Ülviyyə Ağazadə də qarşılıqlı iddia qaldırıb. O, pasiyentin mövcud hadisə ilə KİV-dəki açıqlamalarını onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməsini, bu səbəbdən mənəvi zərərin əvəzi olaraq qarşı tərəfdən 3000 manat tutulmasını xahiş edib. Məhkəmə Ülviyyə Ağazadənin tələbini rədd edib.



Xəbərin oxunma sayı : 181




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap