| |
|
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
İlham Əliyev Avropa çempionu olan güləşçiləri qəbul edib - FOTOLAR
Tarix 30.04.26, 12:21 |
|
Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş güləş üzrə Avropa çempionatında fərqlənən idmançıları və onların məşqçilərini qəbul edib.
AzFakt.com xəbər verir ki, Prezidentin qəbul etdiyi idmançılar arasında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış güləşçilər və onların məşqçiləri olub.
Dövlətimizin başçısı görüşdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
- Salaməleyküm, əyləşin.
İlk növbədə, milli komandamızı Tiranada keçirilmiş Avropa çempionatında qazandığı böyük qələbə münasibətilə təbrik edirəm. Bu qələbə bizim hamımızı sevindirdi. Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər. Avropa çempionatında komanda hesabında birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Xüsusilə nəzərə alsaq ki, bu gün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərgin keçir, bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və mübarizə də çox gərgin idi. Bəzi yarışları mən də izləmişəm və görmüşəm ki, bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər. Bu, əlbəttə, bütün xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir. Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq. Şadam ki, tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimiz də böyük nəticələr əldə edirlər. Bu onu göstərir ki, məşq prosesi, seleksiya prosesi düzgün qurulubdur. Bu münasibətlə federasiyanı təbrik edirəm, məşqçiləri təbrik edirəm və əlbəttə ki, ilk növbədə, idmançıları.
Hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir.
Federasiyaya gəldikdə onu da qeyd etməliyəm ki, bizim tanınmış idmançılarımız, Olimpiya çempionları federasiya rəhbərliyində təmsil olunurlar. Məşqçilər arasında da tanınmış idmançılar təmsil olunur. Bu gün məşqçi kimi fəaliyyət göstərən idmançıların yarışlarını vaxtilə mən özüm izləmişəm, həm Bakıda, həm Olimpiya Oyunlarında onlara azarkeşlik etmişəm. İndi isə onların yetirmələri bizi sevindirir. Bax belə, nəsillər dəyişdikcə güləş və bütövlükdə idman Azərbaycanda nəinki yaşayır, hətta inkişaf edir və yeni zirvələrə çatır. Nəsillər dəyişir, amma bir şey dəyişmir, o da Azərbaycan idmanının uğurları.
Əlbəttə, indi federasiya, xüsusilə bölgələrdə olan gənc idmançıları məşq, təlim toplanışlarına cəlb etmək üçün işini bundan sonra da təkmilləşdirəcək. Çünki bu gün hər bir bölgədə həm Olimpiya İdman kompleksləri var, eyni zamanda, güləş zalları. Ona görə bu seleksiya işi, əlbəttə ki, gələcək uğurlarımızın əsasını təşkil edəcək.
Azərbaycan idmanının ümumi inkişafına gəldikdə hər şey göz qabağındadır. Həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında bizim idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Əlbəttə ki, uğurlarla bərabər məğlubiyyətlər də olur. Amma idmanda hər şey mümkündür. Əsas odur ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir.
Mən sizi bu münasibətlə bir daha təbrik edirəm. Mənim idmançılarla görüşlərim müntəzəm xarakter daşıyır. 30 ilə yaxın müddət ərzində Azərbaycan Olimpiya Komitəsinə rəhbərlik edirəm. Bu 30 ilə yaxın müddət ərzində, əlbəttə ki, bir çox müsbət məqamlar olub. Əsas odur ki, idmanın dayanıqlı inkişafı, uğurlarımızın ardıcıl şəkildə davam etməsi və gənc nəslin yetişməsi – hər şey mənim gözümün önündə keçib. Görün, neçə nəsil dəyişib, amma bu gün biz yenə də uğurlarla fəxr edirik. Əsas budur və əminəm, həm Güləş Federasiyası, həm bizim digər federasiyalarımız gələcəkdə öz işlərini elə quracaqlar ki, Azərbaycan xalqı idman yarışlarına baxanda daim sevinc hissləri keçirsin.
Əlbəttə, ölkəmizdə keçirilən idman yarışları idman növlərini populyarlaşdırır. Bizim təcrübəmiz də böyükdür, çox böyük beynəlxalq yarışlar keçirmişik, həm Avropa Oyunlarını, həm İslam Həmrəyliyi Oyunlarını. Bunlar demək olar ki, Yay Olimpiya Oyunlarının səviyyəsinə çox yaxındır. Keçən il MDB Oyunlarını özü də paytaxtda yox, bölgələrdə keçirmişik. Yəni bu onu göstərir ki, çox güclü potensial var və idmana, idmançılara qayğı dövlət siyasətidir. Əminəm ki, idmançılar da bunu görür və hiss edirlər. Bir daha sizi təbrik edirəm, sizə yeni uğurlar arzulayıram.
x x x
Sonra idmançılar çıxış ediblər.
Sərbəst güləşçi Turan Bayramov deyib:
- Cənab Prezident, ilk növbədə, dəyərli vaxtınızı ayırıb bizi qəbul etdiyiniz üçün sərbəst güləş milli komandası adından Sizə təşəkkürlərimizi bildiririk. Ölkəmizi Avropa çempionatında layiqincə təmsil etdik. Komandamız ardıcıl surətdə ikinci dəfədir Avropa çempionu olur. Sizin bizi qəbul etməyiniz məsuliyyətimizi daha da artırır, bizə böyük bir stimul verir. Mən də inanıram və əlimdən gələni edəcəyəm ki, gələcəkdə qarşınıza qızıl medalla çıxım.
Yunan-Roma güləşçisi Həsrət Cəfərov deyib:
- Cənab Prezident, ilk növbədə, Sizi salamlayıram. Bizi qəbul etdiyiniz üçün çox sağ olun. Bildiyiniz kimi, Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazandım. Bu, mənim ümumilikdə dördüncü qızılımdır və yarış həqiqətən də çox çətin keçdi. Dördqat Avropa çempionu kimi Azərbaycan yunan-Roma güləşi tarixində bir rekorda imza atdım. Bizi belə dəstəklədiyiniz, bizə göstərdiyiniz diqqət və qayğı üçün Sizə öz təşəkkürümüzü bildiririk. Sizin diqqət və qayğınız bizim üçün ən böyük məsuliyyətdir. Çox sağ olun.
Qadın güləşçi Jalə Əliyeva deyib:
- Cənab Prezident, bu gün burada çıxış etmək mənim üçün böyük şərəfdir. Mən dörd il bundan qabaq da Sizinlə görüşdə iştirak etmişdim. 23 yaşadək güləşçilər arasında Avropa çempionu olmuşdum. Bu dəfə isə böyüklərdən ibarət yarışda Avropa mükafatçısı oldum. Biz Sizin diqqət və qayğınızı hər zaman hiss edirik. Bizi dəvət etdiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun.
x x x
Prezident İlham Əliyev deyib:
- Çox sağ olun. Komandamız çoxmillətlidir, hələ hamı Azərbaycan dilini kifayət qədər bilmir, ona görə də rus dilində bir neçə söz demək istərdim. Hamını bir daha təbrik etmək və Azərbaycanı beynəlxalq arenada belə layiqincə təmsil etdiyinizə görə təşəkkürümü bildirmək istərdim. Əlbəttə, Avropa çempionatında belə bir mühüm, deyərdim ki, tarixi qələbədən danışarkən xüsusi qeyd etmək istərdim, həm yunan-Roma güləş növündə, həm də sərbəst növdə güləşçilər birinci yeri qazanıblar. Yəni bu, çox əhəmiyyətlidir.
Qızlara gəldikdə onların da medalçılar arasında olmalarına çox şadam. Bu, qızlar arasında da gənc nəslin güləşə böyük maraq göstərdiyindən xəbər verir. Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm. Qızlar arasında medalçılar daha çox ola bilərdi, amma kiminsə bəxti gətirmədi. Ola bilər ki, hər hansı səhvlər də oldu, lakin bu mühümdür, çünki həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşi üzrə bütün istiqamətlər Azərbaycanda uğurla inkişaf edir.
Milli komandada belə yaxşı ab-havanın, ruh yüksəkliyinin olmasına çox şadam, hamı vahid ailə kimi bir-birinin uğuruna, qələbəsinə sevinir və bu, çox qiymətlidir.
Əlbəttə, qeyd etməli olduğum daha bir vacib məqam ondan ibarətdir ki, tanınmış idmançılar daim cəmiyyətin diqqət mərkəzindədirlər. İdmançılarımızın həm cəmiyyətdə, həm də məişətdə özlərini layiqincə aparmaları məni eyni dərəcədə çox sevindirir. Məşhur idmançıların, çempionların adi həyatda məhz bu səviyyəni saxlaya bilmədiklərinə dair tarixdə çoxlu nümunələr var və bir müddət sonra onlara idmançı kimi münasibət həmin səhvlər və ya yanlış hərəkətlər ucbatından pis istiqamətdə dəyişir. Bizdə isə artıq dediyim kimi, ən azı mənim təqribən 30 ildir Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyim dövrdə xatırladığıma görə, belə hallar olmayıb. Bu, çox vacibdir. Medallardan heç də az əhəmiyyətli olmayan odur ki, çempionlar və mükafatçılar, həmçinin cəmiyyətdə və çalışdıqları kollektivlərdə yüksək mənəvi keyfiyyətlər nümayiş etdirsinlər. Bu belə də olmalıdır. Əlbəttə ki, burada çempionlarımızın — Olimpiya çempionlarının, Avropa çempionlarının və dünya çempionlarının nümunəsi var. Dediyim kimi, vaxtilə federasiyaya rəhbərlik edənlərə və məşqçilərə azarkeşlik etmişəm, bu gün isə onlar öz tələbələrinə azarkeşlik edirlər. Bu, bizim regionumuzda ənənələrin davamlılığıdır. Tarixdə ənənələr həmişə mühüm rol oynayıb və bu, Azərbaycan cəmiyyətində və bütövlükdə Qafqaz regionunda davam edir. Bu, bizi daha da yaxınlaşdırır.
Buna görə də idmançılarımızın həm mübarizə meydanında, həm də ondan kənarda özlərini necə ləyaqətli apardıqlarını xüsusi vurğulamaq istərdim. Hakim səhvləri və ya ədalətsizliklər baş verdikdə belə, ləyaqətli davranışı qorumaq həmişə vacibdir. Çünki bəzən qərəzlilik olur - biz bunu Azərbaycan idmançılarına qarşı təkcə güləşdə deyil, xüsusən də Avropa yarışlarında dəfələrlə görmüşük. Maraqlıdır, bir qayda olaraq Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur. Yəqin ki, Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil, həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir.
Məhz bu səbəbdən bir daha məmnunluqla qeyd etmək və arzulamaq istərdim ki, harada olmağınızdan asılı olmayaraq, - xalça üzərində və xalçadan kənarda, - layiqli davranış prinsiplərinə daim sadiq qalmağa davam edəcəksiniz. Bu, ölkəmizi təmsil edən bütün idmançılara aiddir.
Beləliklə, bir daha təbrik edirəm və yeni qələbələr arzulayıram. Sağ olun.
Xatırladaq ki, güləş üzrə Avropa çempionatı Tiranada aprelin 26-30-da keçirilib.





































Xəbərin oxunma sayı : 157
Sosial
Xəbərlər
-
“Ermənistan “kasıb qohum“ statusundan qurtulmalıdır“ - Paşinyan
-
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu - FOTOLAR
-
Kredit faizlərinin ən yüksək və ən aşağı olduğu regionlar - Siyahı
-
ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb - SEPAH
-
Bank borcu olan müştərinin qohumuna zəng etdi - Cərimələndi
-
Maliyyə Nazirliyinin kollegiyasının tərkibi geişləndi - SİYAHI
-
Paytaxtın bu rayonlarında binalar təmir olunacaq - 25 milyon manat ayrıldı
-
“Bu, Fars körfəzində vəziyyəti gərginləşdirəcək“ - Pezeşkian
-
“Sırğa”sı olmayan heyvanlar bazara buraxılmayacaq - VİDEO
-
İlham Əliyev Avropa çempionu olan güləşçiləri qəbul edib - FOTOLAR
-
Azərbaycanı təhdid edən Okampo ifşa edildi - VİDEO
-
“ABŞ Hörmüz boğazında yeni beynəlxalq koalisiya yaratmaq istəyir“ - Xarici KİV
-
Merih Ronaldo ilə mübahisə etdi, Komana hücum çəkdi - VİDEO
-
Bakıda 40 minə bağ evi kirayə verilir - Fantastik qiymətlər + VİDEO
-
Xətaidə ərzaq mağazasının fəaliyyəti dayandırıldı - VİDEO
-
Qəbul imtahanı üçün qeydiyyat bitib - Neçə nəfər ərizə verib?
-
Neft kəskin bahalaşdı - Brent 126 dolları keçdi, bazarda “təchizat şoku”
-
Azərbaycanda əməkhaqqı sistemi dəyişir - Hansı yeniliklər olacaq?
-
Kənddəki evində yanaraq öldü - Rusiyadan təzə qayıtmışdı (VİDEO)
-
Bölgələrdə yırtıcıların heyvanları parçalaması halları artır - VİDEO
-
ABŞ İrana qarşı əməliyyatda hipersəs raketlərindən istifadə edə bilər - “Bloomberg“
-
MTK-lar idarəetməni niyə təhvil vermirlər? - Sakinlərin bitməyən “komendant“ dərdi
-
Azərbaycanlı şoumen eks-xanımına xəyanət etdiyi aktrisa ilə evlənir - FOTO
-
“Qarabağ” müdafiəçi alacaq - 1,5 milyon avro ödənilsə
-
Həmkarların sanatoriyalarında nə baş verir? - Boş otaqlar, amma “yerimiz yoxdur“ cavabları...
-
Aİ Ukraynaya ayıracağı 90 milyardlıq kreditin şərtlərini ağırlaşdırır - YENİ TƏLƏBLƏR
-
Bayrama görə atəşkəs təklif olundu - Putin Trampla danışdı
-
141 saylı məktəbdə 3 ildir aparılan təmir niyə yekunlaşmır? - VİDEO
-
Maliyyə Nazirliyində Aparat rəhbəri təyin olundu - Xalıq Rəhmanov kimdir?
-
“Ukrayna Rusiya ilə yeni əsir mübadiləsinə hazırlaşır“ - Zelenski
-
“Tramp İran üzərində qələbə elan edə və müharibəyə son qoya bilər” - “Reuters”
-
Azərbaycan nümayəndə heyəti Ermənistanda: nələr razılaşdırıldı?
-
Gömrükdə yeni qayda: FİN ləğv edilir, “ASAN İmza“ gəlir - Nə dəyişəcək?
-
Təhsilini başqa dildə almaq istəyən şagirdlər üçün - Qaydalar
-
“Süni intellekt bəşəriyyətin sonunu gətirə bilər” - Mask xəbərdarlıq edir
-
Bakıda avtomobildən oğurluq edənlər tutuldu - VİDEO
-
“ABŞ ilə müharibə hələ bitməyib“ - Səid Xətibzadə
-
Tikinti maqnatının şirkəti Gədəbəy küçələrini təmir edəcək - 635 min manatlıq sifariş
-
Hansı bankın nə qədər problemli krediti var? - Tam siyahı
-
Almanlar son 20 ildə rifah mühitinə həddən artıq alışıb - Merz
-
Gömrük 300 dollar limiti azaldacaq? - Şahin Bağırovdan açıqlama
-
Mahmudluya DSMF-də yüksək vəzifə verildi - Nazir əmr imzalayıb + FOTO
-
Azərbaycanlı qızla evlənmək üçün müsəlmanlığı qəbul edib, adını dəyişdirdi - VİDEO
-
“Pxenyanın nüvə başlıqlarının sayı ABŞ-nin müdafiə sistemini sıradan çıxara bilər“ - “Bloomberg“
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
AAYDA-da kök salmış “qohum şəbəkəsi“ təmizlənir - ADLAR
-
“Temu” bağlamaları niyə gecikib? - Şahin Bağırov açıqladı
-
Sumqayıtda xəstəxana boşaldılır - Səbəbi açıqlandı
-
Mayda hava necə keçəcək? - Aylıq proqnoz açıqlandı
-
Biznes sektoruna ən çox hansı banklar kredit ayırır? - Tam siyahı
-
Sahibkarlar üçün yenilik: Səyyar gömrük auditi necə aparılacaq?
-
Kürdə suyun səviyyəsi artdı - Sabirabadda körpü sıradan çıxdı
-
Azərbaycanda uşaqpulu ilə bağlı mühüm xəbər - 600 manat...
-
Sanksiyalar Rusiyanın müharibə iqtisadiyyatını “boğur” - Aİ lideri
-
Bakıda kişi sevdiyi qızın anasının qızıllarını oğurlayıb, özünə nişan mərasimi keçirdi
-
“Yeni Cənubi Qafqaz formalaşır” - ABŞ-ın Türkiyədəki səfiri
-
Sığorta yığımlarının 73%-i bir, 83%-i isə iki şirkətin payına düşüb - Tam siyahı
-
Bakıda məşhur ticarət mərkəzi bağlanır? - VİDEO
-
İcra Hakimiyyəti bu şirkətə 61 milyon manat ayırdı - Abadlıq işləri üçün
-
“Paşa Sığorta” müştəriləri üsyanda: Ödənişlər niyə gecikir?
-
Abşeronda narkotik əməliyyatı - Saxlanılanlar var
-
“Biz olmasaydıq, fransız dilində danışardınız” - Kral III Çarlz
-
Stadion üzərindən “F-16“ uçuran general işini itirdi - Türkiyədə qəribə olay
-
Xətai rayonunda gənc oğlan və qız dəm qazından zəhərlənib - Biri ölüb
-
Aya 10 min manat maaş alan idarə rəisi... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
-
Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək - 34,4 milyonluq tender
-
Tramp İrana qarşı uzunmüddətli blokada planı hazırlamağı tapşırıb - “The Wall Street Journal”
-
Azərbaycan nümayəndə heyəti Ermənistana səfərə gedib - Şahin Mustafayevin rəhbərliyi ilə...
-
“Haqqımda yazılanlar məni daha da güclü edir“ - Məzahir Pənahov
-
Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq
-
Maşın yoldan çıxıb aşdı - 10 yaşlı qız öldü
-
Azərbaycan nefti 2 dollardan çox bahalaşdı - Yeni qiymət
-
“Rusiyada terror təhlükəsi riski artır“ - Putin
-
Toyuq paketlərindəki gizli təhlükə - VİDEO
-
“ABŞ-dan alınan silahlar Tayvanın müstəqilliyini təmin etməyəcək“ - Çin
-
Bakı, Sumqayıt və Abşeron üçün seysmik xəritələr hazırlanır - VİDEO
-
Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır
-
Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır
-
Azərbaycan-Çexiya münasibətlərinin gələcək inkişaf trayektoriyası siyasi dialoq və qarşılıqlı etimad əsasında qurulub
-
Azərbaycan və Cexiya prezidentlərinin görüşü ölkəmizin Avropada mövqeyini gücləndirir
-
Bu yoldakı drenaj barmaqlıqları avtomobillərə ziyan vurur - İDDİA/VİDEO
-
Avtoxuliqanlıq edib videosunu “TikTok”da paylaşdı - Həbs edildi
-
Polşa rusiyalı arxeoloqu azadlığa buraxıb - Lukaşenko kömək edib
-
Oliqarx oğlu məhkəməni bu dəfə də uduzdu - övladına ad-soyadını və aliment verəcək
-
ABŞ neftinin əsas alıcıları hansı ölkələr olub? - SİYAHI
-
İslam Kərimovun qızına qarşı yeni iddia - Bu dəfə İsveçrədə
-
Müştərilərə verilən kreditləri 1 milyard manatdan aşağı olan banklar - CƏDVƏL
-
“Qəbələ”nin futbolçusu Sxadadze ilə əlbəyaxa dava etdi - Komandadan qovuldu
-
Turizm Agentliyi 14 ölkədən jurnalist və blogerlər gətirir - 1 milyon manat ayrılıb
-
Azərbaycanın nə qədər daxili və xarici borcu var? - Rəqəmlər açıqlandı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nüvə fəlakəti risk ən yüksək səviyyəyə çatıb“ - Qrossi
-
“Fənərbağça“ seçki qərarı verdi - Sadəddin Sarandan vida mesajı
-
Müsəlman düşmən, xristian dost çıxdı - Siyasətdə kimlik yox, maraqlar həlledicidir
-
Azərbaycanda nikahların sayı tarixi minimuma düşdü - Avropada son sıralardayıq
-
Ev sahibini şoka salan oğurluq - 40 min manat dəyərində...
-
Binəqədidə qanunsuz tikinti yenidən başladı - İcazəni icra başçısı verib?
-
Piyadaların ölümünə səbəb olan qəzalar necə qiymətləndirilir? - Ali Məhkəmə
-
Bu filmləri izləyənlər edam ediliblər - Şimali Koreyadan qəribə addım
-
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? - Problemli kreditlərdə kəskin artım var
-
Solovyov üzr istədi - “Həddindən artıq emosional idim...”
-
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
-
İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi - FOTOLAR
-
Prezident bir qrup sahibkarı təltif etdi - SƏRƏNCAM
-
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
-
Sosial şəbəkədə saxta reklamlar... - Vətəndaşlara xəbərdarlıq olundu
-
Agentlik 54 milyon kapitalı olan şirkətlə müqavilə imzalayıb - Qayaları partladacaq
-
Prezident bu ərazilərdə evləri sökülənlərə pul ayırdı - SƏRƏNCAM
-
Neftin qiyməti yenidən sürət götürüb - Hörmüz qeyri-müəyyənliyi qiymətləri artırır
-
Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək - Bu tarxidə
-
Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrıldı - Sərəncam
-
“Premium Bank”ın problemli kreditləri artıb - Müştərilər pullarını geri götürür
-
“ABŞ Yaxın Şərqə fasiləsiz silah-sursat daşıyır“ - “Flightradar24“
-
Hökməli və Qobu qəsəbələrində 10 gündür su yoxdur - VİDEO
-
Abşeronda kafedə kütləvi dava: 2 qardaş bıçaqlandı, 4 nəfər saxlanıldı
-
Vətəndaş müraciətlərinə baxılması ilə bağlı qaydalar dəyişir - DETALLAR
-
Filosof alim Könül Bünyadzadənin “Sufi fenomenologiya” kitabının təqdimatı keçiriləcək
-
Bakının daha bir ərazisində son yağışın fəsadları hələ də qalmaqdadır - VİDEO
-
Abituriyentlər üçün gələn ildən tətbiq ediləcək yenilik nədir? - VİDEO
-
Paytaxtın Yasamal rayonunda yeni metro stansiyası tikilir - VİDEO
TOP 10
ARXİV






