Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Metronun vəziyyəti məni dəhşətə gətirdi” - Memar

Tarix 26.04.26, 19:39

Font ölçüsü : - / +
bitmap-img6


“Memar kimi platforma interyerlərinin vəziyyəti məni dəhşətə gətirdi: perron boyunca divarlarda suyun açıq-aşkar izləri və çoxsaylı sızma əlamətləri görünür”.

AzFakt.com xəbər verir ki, bu sözləri memarlıq üzrə elmlər doktoru, professor Elçin Əliyev sosial şəbəkə hesabında paylaşıb.
“Bu gün səhər metro ilə qohumlarıma getdim – onlar “Həzi Aslanov” metro stansiyası yaxınlığında yaşayırlar. Çürümüş mərmər üzlüyün vəziyyətinə əsasən demək olar ki, su buraya çoxdan və sistemli şəkildə daxil olur – bu, heç də bir ilin problemi deyil.
İndi aydın olur ki, niyə zaman-zaman metropolitendə kabellərdə qısa qapanmalar baş verir və qatarların hərəkəti iflic olur: problem köhnədir və bir neçə gün əvvəl yağış zamanı baş verən hadisə tamamilə gözlənilən idi.
Maraqlıdır, hidroizolyasiya işlərini keyfiyyətsiz yerinə yetirən tikintiçilər cinayət məsuliyyətinə cəlb olunacaqlarmı? Yoxsa, adətən olduğu kimi, yenə hər şeyi “fövqəladə təbii hadisələrin” üzərinə yazacaqlar?”, – deyə Elçin Əliyev bildirib.









Xəbərin oxunma sayı : 376




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap