Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Aktrisa tikinti şirkəti tərəfindən aldadıldığını iddia edir - VİDEO

Tarix 30.04.26, 21:40

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Gülçöhrə Abdullayeva tikinti şirkəti tərəfindən aldadıldığını iddia edir.

Onun sözlərinə görə, güzəştli şərtlərlə ev təklif edən şirkətə pul ödəsə də, illərdir nə ev var, nə də ödədiyi məbləğ geri qaytarılır. İddiaya görə, şirkət ofisini də bağlayıb.

Xezerxeber.az-ın məlumatına görə,

Gülçöhrə Abdullayeva deyir ki, sosial şəbəkədə gördüyü elan onun diqqətini çəkib və bu səbəbdən ``Günəşli İnşaat`` şirkətinin Hövsan qəsəbəsində yerləşən ofisinə üz tutub.

Aktrisanın iddiasına görə, şirkətin rəhbəri Firutan Məmmədovla görüşüb və 27 min 600 manata başa gələcək ev üçün, 2020-ci ildə ilkin ödəniş edərək müqavilə bağlayıb. Qalan məbləği isə aylığa bölüblər ki, bu da 36 ayda ödəniləcəkdi.

Aktrisa bildirir ki, şirkətə hər ay gücü çatan qədər ödəniş edib. Bir müddət sonra ona bildirilib ki, pandemiya olduğundan tikinti dayandırılıb. Amma buna baxmayaraq Gülçöhrə Abdullayeva aylıq ödənişi davam etdirdiyini deyir.

Məsələyə münasibət öyrənmək üçün adı çəkilən şirkətin rəhbəri ilə əlaqə saxladıq. Şirkətin rəhbəri Firutan Məmmədov bildirdi ki, qadın aylıq ödənişi dayandırdığı üçün tikinti yarımçıq qalıb. ``Ödənişləri bərpa etsin, evi tamamlayaq və təhvil veriləcək``,- deyə-Firutan Məmmədov bildirdi.




Xəbərin oxunma sayı : 154




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap