Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Dizel mühərrikli avtomobillər qadağan edilir? - VİDEO

Tarix 01.05.26, 9:48

Font ölçüsü : - / +
bitmap-img6


Təxminən altı il əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi dizel avtomobillərdən istifadənin mərhələli şəkildə məhdudlaşdırılacağını bildirmişdi. Hazırda bəzi Avropa ölkələri də dizel mühərrikli avtomobillərdən imtina etməyə hazırlaşır.

Bəs ölkəmizdə bu istiqamətdə hansı işlər görülür?

AzFakt.com bildirir ki, Baku TV-nin süjetində qeyd olunur ki, nəqliyyat eksperti Eldəniz Cəfərovun fikrincə, Azərbaycan Avropa İttifaqının üzvü olmadığı üçün ölkəyə dizel mühərrikli avtomobillərin idxalına hər hansı bir məhdudiyyət qoyulmayacaq: "Baxmayaraq ki, biz avtomobil seqmentində Avropa spesifikasiyasına aidik, amma Avropa İttifaqının üzvü deyilik və bizim ölkəmizdə, təbii ki, dizel mühərrikli avtomobillərin idxalı zamanı hər hansı bir məhdudiyyət olmayacaq".

Bu gün ölkəmizə gətirilən hibrid, "plug-in" hibrid, benzin və dizel avtomobillərinin gömrük rüsumları arasında heç bir fərq yoxdur. Ancaq sözsüz ki, benzin, ələlxüsus da dizel mühərrikli avtomobillər havanı daha çox çirkləndirir. Bu mənada sözügedən avtomobillərin gömrük rüsumunda dəyişikliyin edilməsi mümkündürmü?

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev deyir ki, gələcəkdə dizel yanacaq növü ilə çalışan avtomobillərə hər hansı məhdudiyyətin qoyulması gözlənilmir. Çünki Azərbaycanda bir çox idarələrin, müəssisələrin balansında olan avtomobillər məhz dizel mühərrikli maşınlardır: "Xüsusən də yükdaşımada istifadə olunan iritonnajlı avtomobillər bu tip maşınlar sırasında olduğu üçün bizdə gələcəkdə buna hansısa bir məhdudiyyətin qoyulmasına inanmıram".







Xəbərin oxunma sayı : 136




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap