“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO

Tarix 11.03.26, 9:15

Font ölçüsü : - / +
bitmap-img6


İpoteka və kredit zəmanət fondu tərəfindən 2026-cı il üçün ayrılan limitlərdən sonra minlərlə vətəndaş mənzil almaq üçün sistemə müraciət edib. Adi ipoteka krediti üzrə 9 min 19, güzəştli ipoteka krediti üzrə isə 4 min 369 müraciət daxil olub. Ayrılan limit çərçivəsində cəmi 2 min 165 müraciət qeydiyyata alınıb. Bu isə o deməkdir ki, mənzil almaq istəyənlərin sayı ayrılan vəsaitdən qat-qat çoxdur.

Xezerxeber.az-ın xəbərinə görə, əmlak üzrə mütəxəssislər bildirirlər ki, ipoteka kreditlərinin ayrılması bazarda müəyyən durğunluğu aradan qaldıra bilər.

Son aylarda alıcıların aktivliyi zəifləsə də, yeni kredit limitləri yenidən bazara müştəri axını yaradır.

Ekspert Elnur Fərzəliyevin sözlərinə görə, son beş ildə satılan çıxarışlı mənzillərin 60 faizdən çoxu kredit şərtləri ilə alınıb. Bu kreditlərin əhəmiyyətli hissəsi isə dövlət ipoteka proqramı hesabına rəsmiləşdirilib. Qiymətlərin yüksəlməsi səbəbindən artıq ipoteka ilə ev alan vətəndaşların böyük hissəsi paytaxtın mərkəzi ərazilərindən daha çox bakıətrafı qəsəbələrə və rayonlara üz tutur. Çünki ipoteka ilə alınan mənzillərin qiyməti mərkəzi ərazilərdə xeyli yüksəkdir.

Mütəxəssislər bildirirlər ki, hazırda mərkəzi ərazilərdə mənzil almaq istəyən şəxslər ipoteka limitindən əlavə müəyyən məbləği də özləri ödəməlidirlər. Bu səbəbdən bazarda alıcıların böyük hissəsi daha münasib qiymətli bakıətrafı ərazilərə yönəlir.




Xəbərin oxunma sayı : 148




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap