Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

AzTV-nin keçmiş sədri Arif Alışanov bu müğənni ilə evləndi - VİDEO

Tarix 25.07.19, 15:53

Font ölçüsü : - / +
bitmap-img6


AzTV Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri Arif Alışanov yenidən ailə qurub.

AzFakt.com xəbər verir ki, bu haqda Gununsesi.org məlumat yayıb.

Xəbərə görə, o “Mədəniyyət” kanalının aparacısı, həmçinin televiziyanın solisti Ayşən Məstanova (Şakirqızı) ilə nigaha girib.
Cütlüyün izdivacdan bir oğlu var. Mənbə bildirib ki, həyat yoldaşı A.Alışanov işdən azad edildiyi gün telekanalı tərk edib.
Xatırladaq ki, Arif Alışanov bu il yanvarın 15-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla AzTV sədrliyindən azad edilmişdi. Bundan az əvvəl xanımı, Hesablama Palatasının auditoru Mehriban Alışanova keçmiş sədrdən boşanıb.Mehriban Alışanova hazırda Hesablama Palatasının beş auditorundan biridir. Onların bu evlilikdən üç övladı var.

Qeyd edək ki, boşanmaya səbəb kimi Arif Alışanovun son zamanlar şəxsi həyatında baş verən proseslər göstərilmişdi. Arif Alışanovun dövlət televiziyasının sədri olmasına baxmayaraq, özünü bu postda qeyri-adekvat aparması, həyatındakı xanımlar, içki məclislərindəki rəftarı onun ailəsində ciddi narazılıqların yaranmasına səbəb olduğu deyilirdi.

Keçmiş sədr bir müddət əvvəl zərərçəkmiş kimi tanındığı məhkəmə işinə görə gündəmə gəlib və prosesin gedişatında ona qarşı kifayət qədər ciddi korrupsiya ittihamlar səslənmişdi.
Alışanovun keçmiş ortağı və sonradan şikayət edərək həbs etdirdiyi Şücaət Əkbərov Alışanovla bağlı sensasion faktlar açıqlamışdı.






Xəbərin oxunma sayı : 1342




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap