Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

AZTV sədrinə qarşı sui-qəsd işi üzrə məhkəmədə mübahisə:“Arif müəllim ona 2-3 milyon pul verdi”

Tarix 18.05.18, 21:31

Font ölçüsü : - / +
bitmap-img6


Mayın 18-də AzTV QSC-nin sədri Arif Alışanov və onun ailə üzvlərinə qarşı sui-qəsddə təqsirləndirilən Şücaət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Strateq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən A.Hüseynov ifadə verib. Hüseynov, digər təqsirləndirilən şəxslər tərəfindən təzyiqə məruz qaldığını, hədələndiyini və ondan ifadəsinin dəyişdirməsi tələb olunduğunu bildirib. A.Hüseynov vurğulayıb ki, bu məqsədlə onun qohumlarının üstünə adam da göndəriblər.

Daha sonra prosesdə zərərçəkmiş şəxs qismində Arif Alışanovun bacısı oğlu Dəyanət Cəfərov ifadə verib. O, bildirib ki, Şamaxıda torpaq almaq üçün təqsirləndirilən Ş.Əkbərova müraciət edib: “Torpaqları Şücaət tapıb, qiymətləri də onun özü danışıb”. D.Cəfərov, həmçinin hadisə günü ilə bağlı da ifadə verib: “Arif müəllim Şücaətin maşınında gəlirdi. Bizim maşını isə Hacı sürürdü. Zöhrab arxadan bizim maşını öz avtomobili ilə vurdu, nəticədə onun maşını aşdı. Yaxınlaşdıq, sonra onu maşına mindirib xəstəxanaya apardıq. Bu, təsadüfi qəzaya oxşamırdı. O, hadisəni qəsdən törədib”.

D.Cəfərov ifadə verən zaman təqsirləndirilən Ş.Əkbərov müdaxilə edib. Bu zaman hər iki şəxs arasında mübahisə düşüb. Hakim Ş.Əkbərova xəbərdarlıq edib. D.Cəfərov Şamaxının Çuxuryurd kəndində 300 min manata ferma, 600 min manata isə torpaq aldığını deyib: “Sonuncu dəfə Şücaətə torpağın alınması üçün 37 min manat və 19 min dollar pul vermişik. Şücaət torpaqları öz adına keçirdi”.

Vəkil Bəxtiyar Hacıyev isə zəzərçəkmişdən həmin pulların necə qazanılması ilə bağlı vergi ödəyicisi kimi sənədləri istintaq orqanına təqdim edilib-edilmədiyini soruşub.

D.Cəfərov isə deyib ki, heç bir lüzum olmadığı üçün sənədləri təqdim etməyib. B.Hacıyev söyləyib ki, heç bir texnika D.Cəfərovun adına deyil. D.Cəfərov isə adına texnika olduğunu deyib: “Bir neçə dəfə Arif Alışanov Şücayətə pul verən zaman şəxsən özüm orada olmuşam. Arif müəllim, ümumilikdə ona mənim yanımda 2-3 milyona yaxın pul verib”.

Digər zərərçəkmiş Hacı Babayev də məhkəmədə dindirilib. O, ifadəsində AzTV sədrinin sürücüsü işlədiyini, hadisə zamanı orada olduğunu göstərib: “Biz Şücayətlə cox yaxın olmuşuq. Həmin gün bilirdi gəlirik, amma nə qədər zəng vursam da, telefonu açmırdı. Sonra dedi ki, polis saxlamışdı. Bu cür edəcəyi adamın ağlına da gəlməzdi. Hadisə zamanı biz qabaqda gedirdik, səs gəldi, saniyə keçmədi, maşını ortadan vurdu, iki qapısı sıradan çıxdı, özü də gedib aşdı”.

Zöhrab Şirinov isə deyib ki, yalandır, heç kimə sui-qəsd etməyib: «Öldürmək fikrim olsaydı, elə «KamAZ»la gedib vurardım da…».

Dövlət ittihamçısının “maşında qadın meyiti olması barədə Şücayət Əkbərovun ifadəsində göstərdikləri haqda nə deyə bilərsiniz? Belə bir şey olubmi?” sualına zərərçəkmiş elə bir şey olmadığını deyib. Şücayət yerindən “Arifin kürəkəni Fəridin gəzdiyi qızı Ariflə ikiniz bir yerdə öldürdünüz, nə tez yadından çıxdı” deyə reaksiya verib. Bu zaman zərərçəkmişlə təqsirləndirilən arasında qısa mübahisə yaranıb.

Mayın 23-də keçiriləcək növbəti məhkəmədə A.Alışanov və qızı Nigarın ya özü dindiriləcək, ya da onların istintaqa ifadələri elan olunacaq.

İttihama əsasən, Ş. Əkbərov Şamaxı və Kürdəmirdə torpaq sahələri almaq adı ilə A.Alışanovun təxminən 5 milyon manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib. Bundan başqa, AzTV sədrinin həyatına bir neçə dəfə sui-qəsd cəhdi ediblər. Onun avtomobilini Ağsu aşırımında vurub dərəyə aşırmaq, bu baş tutmadıqda Alışanovu gülləmək planları olub. Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarına qədər bu plan üzərində işləyib. O, tanışları Musabi Namazov, Qoçalı Cəbiyevə bu haqda danışıb, Qoçalının vasitəsilə Zöhrab Şirinovu tapıb, onunla razılığa gəlib. Q.Cəbiyevlə M.Namazova söz verilib ki, onlar bu işin əvəzində 600 min manat pul qazanacaqlar. Arif Alışanov ailə üzvləri ilə birlikdə Şamaxının Mədrəsə qəsəbəsindəki evinə gedəndə onu, qızı Nigarı və sürücüsünü öldürmək planlaşdırılıb. İş materiallarında yazılıb ki, sonradan M.Namazov bu cinayətdən könüllü olaraq imtina edib. Ona görə də, bu işi başqa bir adama həvalə etmək qərarına gəliblər. Q.Cəbiyev tanışı Z.Şirinovu tapıb, ona bu işin müqabilində 100 min manat vəd olunub. Bu dəfə plan hazırlanıb ki, A.Alışanov bacısı oğlu Dəyanət Cəfərovla birlikdə maşınla Çuxuryurd- Şamaxı şosesində olanda onları yüksək sürətlə vurub dərəyə salsınlar. Avtomobilin markası, nömrəsi haqda da məlumat verilib. Amma Alışanov gözlənilmədən öz avtomaşınında yox, başqa bir avtomobildə gedib. Növbəti dəfə isə Q.Cəbiyev əvvəlcədən ona nişan verilmiş «Toyota Land Cruiser» markalı avtomaşını özünün idarə etdiyi «Niva» ilə bir neçə dəfə arxa və yan hissəsindən vurub yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyib və sonda idarəetməni itirib. Plan baş tutmasa da, Ş.Əkbərov vəd etdiyi 100 min manatın bir hissəsini Z.Şirinova verib. İttihamda yazılıb ki, 2017-ci ilin yanvarın 11-də növbəti dəfə A.Alışanovu Şamaxı rayonunda odlu silahla öldürmək qərarına gəliblər, amma yenə plan baş tutmayıb.

 



Xəbərin oxunma sayı : 304




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap