Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bütün dünyanın gözü Ukraynadadır – “Nyu-York Tayms”

Tarix 06.06.23, 13:21

Font ölçüsü : - / +
bitmap-img6


6 iyun II dünya müharibəsində müttəfiq qüvvələrin (Britaniya, ABŞ və Kanada) Normandiya (Fransa) sahillərinə qoşun çıxarmağa başladığı gündür. 1944-cü ildə keçirilmiş o əməliyyat Avropada faşist Almaniyasına qarşı ikinci cəbhəni açıb və müharibədə dönüş yaradıb. Almaniya Normandiya əməliyyatından 11 ay sonra təslim olub.

Novator.az saytının məlumatına görə, ABŞ-ın “Nyu-York Tayms” qəzetinin şərhçisi Pol Kruqman Avropa məkanında bir ildən çoxdur davam edən yeni müharibəyə – Rusiya-Ukrayna savaşına həsr etdiyi “Bütün dünyanın gözü Ukraynadadır” başlıqlı məqaləsində yazır: “Deyəsən, Normandiya əməliyyatının indiki ildönümü xüsusilə əlamətdar olacaq, çünki biz həmin əməliyyatın mənəvi ekvivalentini – Ukraynanın çoxdan planlaşdırdığı əks-hücumun başlanmasını gözləyirik. Belə görünür ki, Ukraynanın əməliyyatı artıq başlayıb”.

Müəllif yazır ki, o, “mənəvi ekvivalent” ifadəsini təsadüfən işlətmir: “İkinci Dünya müharibəsi açıq-aşkar xeyirlə şərin savaşı idi. Tarixdə xeyirlə şərin belə aşkar surətdə qarşı-qarşıya durduğu müharibələrin sayı o qədər də çox olmayıb. Rusiya-Ukrayna müharibəsində də məhz xeyirlə şər kəllə-kəlləyə gəlib”.

Məqaləsində xeyir adlandırdığı qüvvənin – demokratik dövlətlərin heç də qüsursuz olmadığını, bəzən demokratik ideallara uyğun davranmadığını yazan müəllif bununla belə qeyd edir ki, hər halda bu dövlətlərin idealı düzdür; əməlləri həmişə mükəmməl olmasa da, idealları kamildir – tiraniyaya, irqçiliyə, kütləvi qətllərə qarşıdır.

Ukrayna cəmiyyətinin və hakimiyyətinin də qüsurlardan xali olmadığını, Rusiyaya qalib gələrsə, həmin qüsurların daha aydın şəkildə gözə dəyəcəyini, həm də qələbənin nöqsanları, tutalım, korrupsiyanı heç də avtomatik aradan qaldırmayacağını, qolu çırmayıb problemlərin həllinə girişmək lazım gələcəyini vurğulayan Pol Kruqman bütün bunlarla bərabər Ukrayna ilə Rusiyanı tərəzinin bir gözünə qoymağın qəti əleyhinə çıxır, bildirir ki, II dünya müharibəsində müttəfiqlərin çatışmazlıqları onları nasist Almaniyasına tay tutmağa əsas vermədiyi kimi Ukraynanın çatışmayan cəhətləri də onu Rusiya ilə eyniləşdirməyə əsas yaratmır.

Müəllif yazır ki, Ukrayna demokratiyasının özü mükəmməl deyil, amma niyyəti mükəmməldir, çünki dünya demokratiyasının bir parçası olmağa can atır: “Vladimir Putinin Rusiyası isə yalnız şər niyyətləri güdür və azadlığın dünyadakı bütün dostlarının arzusu onu tam uduzmuş vəziyyətdə görməkdir”.

Məqaləsində Qərb cəmiyyətlərinin, xüsusilə Amerika ictimaiyyətinin Ukraynanın tərəfində durmasından məmnunluğunu ifadə edən Pol Kruqman Qərbdə bəzilərinin Ukraynaya yardım göstərməyin əleyhinə çıxmasına da toxunur. Müəllifin fikrincə, belələri məsələnin mahiyyətini anlamır, Ukrayna savaşı ilə İkinci Dünya müharibəsi arasındakı mənəvi bənzərliyi duymur: “Ukraynanın əks-hücumu uğurla nəticələnsə, bütün dünyada, elə Amerikanın özündə də demokratiyanın dayaqları möhkəmlənəcək. Başqa nəticə olsa, təkcə Ukrayna yox, bütün dünya fəlakətə yuvarlanacaq”.

Məqaləsinin sonunda Pol Kruqman Normandiya əməliyyatına rəhbərlik etmiş amerikalı general (o, sonralar ABŞ prezidenti oldu) Duayt Eyzenhauerin 1944-cü ildə, əməliyyatdan az əvvəl müttəfiq qoşunların Normandiya sahillərinə çıxmağa hazırlaşan əsgər, matros və təyyarəçilərinə müraciətindən bir cümləni iqtibas gətirir: “Bütün dünyanın gözü sizdədir”.

“İndi isə bütün dünya gözünü Ukrayna ordusuna dikib. Ümid eləyək ki, onlar bacaracaqlar” – Pol Kruqman məqaləsini bu sözlərlə bitirir.



Xəbərin oxunma sayı : 337




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap