![]() |
|
![](http://azfakt.com/photos/c4fcc13f-2ac4-41a1-8164-2d1bc23c8dc0.jpg)
![](http://azfakt.com/photos/23180.jpg)
![](http://azfakt.com/photos/4095.jpeg)
![](http://azfakt.com/photos/282112.jpg)
![](http://azfakt.com/photos/798367.jpg)
![](http://azfakt.com/photos/2221648.jpg)
![](http://azfakt.com/photos/a2a6e587-7499-4cb7-aed6-e39b6fe7fb42.jpg)
![](http://azfakt.com/photos/7331944.jpg)
![](http://azfakt.com/photos/32116.jpg)
![](http://azfakt.com/photos/572101.jpg)
![](http://azfakt.com/photos/394513.jpg)
![](http://azfakt.com/photos/317123.jpg)
![](http://azfakt.com/photos/82795.jpg)
![](http://azfakt.com/photos/7744.jpeg)
Başçıların həbs və azadlıq yolu – ŞOK FAKTLAR
Tarix 04.07.24, 15:03 |
|
![bitmap-img6](http://azfakt.com/photos/619b5430f2a681e1a68cb723d34ccd1f.jpg)
Azərbaycanda dövlət büdcəsində milyonlarla manat oğurlamış icra başçılarının həbsi və 3 məhkəmə instansiyasını keçməsi arasındakı müddət sosial şəbəkələrdə müzakirə olunan mövzulardandır.
Bu müzakirələrdə əsas fikir kimi həbsə alınan icra başçılarının iştahaları ilə cəzalarının azaldılması, həbsdən azadlığa çıxma sürətləri arasında bir bağlılığın olması müşahidəsidir.
Bu sırada cəzası ən sonuncu olaraq 11 ildən 8 il 3 aya endirilən Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev oldu. 28 iyun 2024-cü ildə Ali Məhkəmədə Mahir Quliyevin kassasiya şikayəti üzrə qərar verilib. Məhkəmə eks-icra başçısının şikayətini qismən təmin edib. Azərbaycanda məmurların, xüsusən də icra başçılarının kassasiya instansiyasına şikayət verib geri götürmələri praktikası geniş yayılıb. Mahir Quliyev də bu mənada istisna deyildi. O, Şirvan Apellyasiya Məhkəməsinin qərarından sonra 2023-cü ilin avqustunda Ali Məhkəməyə kassasiya şikayəti vermişdi. O zaman Mahir Quliyev barəsində bəraət qərarı çıxarılmasını istəyirdi. Sonradan isə şikayətini geri götürmüşdü. Mahir Quliyevin cəzasının 8 ilə endirilməsi onun azadlığa çıxma şansını artırır. O, 2025-ci ildə cəzasının azadlığın məhdudlaşdırılması növündə çəkməsi ilə bağlı müraciət edə bilər. Bu halda Mahir Quliyevin ayağına elektron qolbaq bağlayıb cəzaçəkmə yerindən evinə yola sala bilərlər. 2026-cı ildə Mahir Quliyevin cəzasının şərti hesab edilməsi ilə bağlı məhkəməyə müraciət hüququ yaranır. Bu hüquqdan da yararlansa, ayağındakı elektron qolbağı açıb sabiq başçının sərbəst hərəkətinə geniş imkanlar açıla bilər.
Xatırladaq ki, Mahir Quliyev 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. Korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Onun Bakıda yerləşən 2 mənzili və 1 avtomobili dövlət nəfinə müsadirə olunub. 1958-ci il təvəllüdlü Mahir Quliyev 2006-2011-ci illərdə Astaranın, 2011-ci ildən həbs olunana qədər isə Biləsuvar rayonunun icra başçısı olub. Azərbaycanda icra başçılarının həbsi 2019-cu ilin dekabrında başlayıb. Həmin vaxt Yevlax və Ağstafa rayonlarının icra hakimiyyəti başçıları DTX əməkdaşları tərəfindən həbs edilib. Ardınca bu proses Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarında davam edib. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı olmuş Nizaməddin Quliyev 9 il, Yevlaxın sabiq icra başçısı Qoca Səmədov 6 il, Kürdəmirin keçmiş icra başçısı Ceyhun Cəfərov 8 il 6 ay, Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev isə 10 il azadlıqdan məhrum edilib. Nizaməddin Quliyev hökmdən az sonra koronavirusa yoluxub və 2021-ci il sentyabrın 5-də vəfat edib. Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı İsmayıl Vəliyevin cəzası 10 ildən 9 il 6 ayadək endirilib.
Bu barədə qərar Şirvan Apellyasiya Məhkəməsinin hakimi Kamil Bəşirovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Qeyd edək ki, İ.Vəliyev və digər şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2020-ci ilin fevralında həbs olunub. İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı maddəsi ilə ittiham elan edilib.
Cəlilabad Rayon İcra Hakimiyyətinin hazırda həbsdə olan sabiq başçısı Namiq Zeynalovun cəzası 12 ildən 11 il 9 aya endirilib. Bu barədə qərar Şirvan Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Qeyd edək ki, N.Zeynalov 2020-ci ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin Cəlilabad Rayon İcra Hakimiyyətində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.2.2-ci (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3-cü (külli miqdarda rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.
N.Zeynalov 5 milyon manatdan artıq vəsaiti mənimsəmədə və rüşvət alma yolu ilə ələ keçirməkdə ittiham olunur.
İsmayıl Vəliyevlə bağlı daha bir qərar 2024-cü ilin fevralında Ali Məhkəmədə verilib. Sabiq başçı ilə birgə mühakimə olunan icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, Mərkəzi Xəstəxananın baş həkimi Telman Zahidov kassasiya şikayətlərinə baxılıb.
Musavat.com xəbər verir ki, qərarla İsmayıl Vəliyevin cəzası 6 il 2 aya, Telman Zahidovun cəzası 5 il 6 aya, Əjdər Kərimovun cəzası 5 il 10 aya, Anar Cəfərovun cəzası 5 il 6 aya, Vurğun Əkbərovun cəzası 6 ilə, Vüqar Nağıyevin cəzası isə 5 il 8 aya, Gültəkin Sadıqovanın cəzası isə 4 il 6 aya endirilib. Məhkəmənin verdiyi qərar İsmayıl Vəliyev və onun dəstə üzvlərinin tez bir zamanda azadlığa çıxmalarına imkan verəcək. Yada salaq ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıl Vəliyev 10 il, Gültəkin Sadıqova 6 il 6 ay, Telman Zahidov 8 il 3 ay, Əjdər Kərimov, 8 il 6 ay, Anar Cəfərov 8 il, Vurğun Əkbərov 9 il, Vüqar Nağıyev isə 8 il azadlıqdan məhrum edilmişdilər. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə İsmayıl Vəliyevin cəzası 10 ildən 9 il 6 aya, Gültəkin Sadıqovanın cəzası 6 il 6 aydan 6 ilə, Əjdər Kərimovun cəzası isə 8 il 6 aydan 8 ilə endirilib. Xatırladaq ki, İsmayıl Vəliyev və digər vəzifəli şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2020-ci ilin fevralında həbs olunmuşdular. O zaman Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda qeyd olunurdu ki, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri başlanılıb.
Toplanılmış materiallarla rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub. Həmçinin, İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib. İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.
İstintaq orqanı tərəfindən İsmayıl Vəliyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı maddəsi ilə ittiham elan edilib. Bundan başqa, istintaq orqanı tərəfindən Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun da barəsində Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə ittiham olunmuşdular.
Xəbərin oxunma sayı : 727
Sosial
Xəbərlər
-
Bu deputatların üzünə qapılar bağlanır - SİYAHI
-
Texniki Universitetinə qəbul olan şəxslərin diqqətinə: sənəd qəbulu elektron qaydada olacaq
-
Saraya maşınla giriş-çıxış tam məhdudlaşdırılır - Sabah saat 10:00-dan...
-
Azərbaycanda il ərzində 2,3 milyard manatlıq su itkiyə gedib - MALƏSƏF...
-
Bakıda 10 günlük “karantin” olacaq? - VACİB AÇIQLAMA
-
Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO
-
Azərbaycana ən son model qırıcılar veriləcək - TƏFƏRRÜAT
-
“Ərim məni əxlaqsızlıq etməyə, pul qazanmağa məcbur edirdi” – ŞOK TƏFƏRRÜAT
-
Baş prokuror Vyanada səfərdədir - Fotolar
-
Xaricdə oxuyan daha 71 nəfərin diplomu tanınmadı - SƏBƏB
-
“Rusiya ilə Ukrayna arasında ABŞ, Çin və ya Aİ vasitəçilik edə bilər, Macarıstan yox“ - Zelenski
-
Qarabağ Universitetinə mətbuat katibi təyin olundu - FOTO
-
Müsavat Partiyası deputatlığa namizədlərinin bir qismini irəli sürüb - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazirlik “OBA Market”i cərimələdi - Məhsulu üzərində göstərilən qiymətdən baha satıb
-
“Aqrar İnnovasiya və Texhizat Şirkəti” ASC ötən il 1.8 mln. manat zərər edib - DETALLAR
-
Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Qusara təyin edilən yeni icra başçısı kimdir? - DOSYE
-
Kərəm Mustafayev dindirilib? - İDDİA
-
“Putin məğlub ola bilməz“ - Viktor Orban
-
Diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələr verilib - SİYAHI
-
“Biblioteka“ restoranında İYRƏNC MƏNZƏRƏ - Mətbəxində siçovul gəzir (VİDEO)
-
Terminalı taladılar, qaçanda qəzaya düşdülər - VİDEO
-
Qusara yeni icra başçısı təyin edilib - Sərəncam
-
Adil Əliyev bu rayona icra başçısı təyin olundu - Sərəncam
-
Əziz Əzizov Beyləqanın icra başçısı təyin olundu - Sərəncam
-
“Bankdandır, kartınıza müdaxilə var” zəngi gəlsə... - DİN-dən xəbərdarlıq
-
Milyonçular Çindən qaçır – Hansı ölkələri seçirlər?
-
Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR
-
SOCAR son 7 ildə Rusiyada nə qədər pul qazanıb? – CƏDVƏL
-
Vitse-spiker seçkiyə qatılmayacaq? - “Kimin haradan namizəd olacağı sonda elan ediləcək”
-
Ermənistanla sülh müqaviləsinin əsas şərti açıqlandı
-
“Bu məhsulların Azərbaycana idxalına icazə verilməyəcək” - Xəbərdarlıq
-
İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi - FƏRMAN
-
Sümbülə Əliyeva azadlığa buraxıldı - Məhkəmədən qərar
-
Ölkədən qaçmaq istəyirdi - Polislər aeroportda saxladı
-
Azərbaycanda elektron pullar dövriyyəyə buraxılacaq... - Lisenziya verildi
-
Qoşa Qala qapılarının ətrafı da zəbt edildi… Restoran tikilir – Foto
-
Taxıl zəmilərinin 73 faizində biçin başa çatıb - FOTO
-
Bir milyon manatı ələ keçirən biznesmen kassasiya şikayəti verdi - TƏFƏRRÜAT
-
Kirayə mənzil bazarında qiymətlər niyə düşmür? - PROBLEM
-
Əhali arasında rotavirus və konyuktivit yayılır - VİDEO
-
Xətai rayonunda 1 il öncə dayandırılan qanunsuz tikinti yenidən inşa edilir - FOTO
-
Süni intellekt Milli Qəhrəmanımızı canlandırdı - VİDEO
-
Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
Fransada seçkilərin ilkin nəticələri: Solçu alyans qələbə qazanıb
-
Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəb bu imiş...
-
Vitse-spiker icra başçısı təyin olunur - Prezidentin sərəncamı gözlənilir...
-
Avtobuslarda kart sisteminə keçid niyə bitməyib? - VİDEO
-
İyulun 8-i ilə bağlı əhaliyə xəbərdarlıq - RƏSMİ
-
“Ərim, kişim yanımdadır“ - VİDEO
-
Azərbaycan xaricdən pomidor idxalını niyə artırıb? - VİDEO
-
İkinci əl geyimlər alanlara xəbərdarlıq: Xəstəliklər yaradır - VİDEO
-
Gənc oğlanın tanış olduğu qadınla oteldə davası: “Dedi, yalnız bir dəfə...“
-
Satışda olan kolbasalarla bağlı dəhşətli fakt ortaya çıxdı - VİDEO
-
“Yaxın Şərqdəki münaqişənin həlli iki dövlət prinsipinə əsaslanmalıdır“ - Britaniyanın yeni baş naziri
-
Azərbaycana gələn turistlər ən çox hansı xidmətlərdən narazı qalıblar? - SİYAHI
-
Qafqaz Müsəlmanları İdarəsində iclas: Qazılar Şurasının tərkibində dəyişikliklər edildi
-
Evi qanunsuz sökülən qadına dəymiş ziyanın müəyyən hissəsi ÖDƏNİLDİ
-
Azərbaycanda şok hadisə: Məmur ofsiantla sevgili oldu, rayon-rayon gəzib...
-
Bakıdakı binaların ölüm saçan liftləri - TƏHLÜKƏ
-
Zenfira ağac altında dincələn Şəbnəmi SULADI - VİDEO
-
NATO müttəfiqləri narahatdır: Bayden 4 il yaşayacaqmı?
-
“Türkəm” deyən nə xoşbəxtdir” - Hakan Çalhanoğlu
-
Son 10 ildə Azərbaycanda məişət avadanlıqlarının qiyməti necə dəyişib? – SİYAHI
-
Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA
-
“Yeni dövrdə İngiltərə ilə əlaqələrin hər sahədə inkişafına davam edəcəyik“ - Türkiyə Prezidenti
-
“Macarıstan Ukraynadakı münaqişənin həlli üzrə missiyasını davam etdirəcək“ - Siyarto
-
Üç məşhur həkim hakim qarşısına çıxarılır - SƏBƏB
-
Aşağı Gövhər Ağa məscidi bərpadan sonra yenidən tarixi görkəmində - VİDEO
-
“Türkiyə-İran münasibətləri gələcəkdə daha yaxşı olacaq“ - Ərdoğan
-
Yeni qüvvəyə minən Rəqabət Məcəlləsi qiymətləri ucuzlaşdıracaq? - VİDEO
-
Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - FOTO
-
“NATO Çini “təhlükəli ölkələr siyahısına” əlavə edə bilər“ - KİV
-
“4 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub“ - DİM
-
Bölgələrdə 1 manata satılan gilas Bakıda 9 dəfə baha satılır: Səbəb nədir?
-
Dələduzlar onkoloji xəstənin əməliyyat pulunu oğurlayıblar - İDDİA
-
Qurban Qurbanovu kim qabaqlayır: Santuş, Berdıyev, yoxsa Qriqorçuk?
-
Məhərrəm ayı başladı - QMİ müraciət yaydı
-
“Günorta vaxtı açıq havada uzun müddət qalmaq məsləhət deyil“ - Milli Hidrometeorologiya Xidməti
-
Siqaret çəkənlərə dəhşətli XƏBƏRDARLIQ
-
Bakıda 38, Aran rayonlarında 40 dərəcə isti olub - FAKTİKİ HAVA
-
““WhatsApp” təhlükəsiz deyil - İlon Maskdan xəbərdarlıq
-
Daimi yorğunluq təhlükəli xəstəliklərdən xəbər verə bilər - Həkimdən xəbərdarlıq
-
İsrail ordusu daha 16 fələstinlini həbs etdi – Say on minə çatır
-
Ucuz maşınlar satışda - QİYMƏTLƏR
-
“Polisə xəsarət yetirilib, həyatını xilas etmək mümkün olmayıb” – DİN
-
Türkiyə Avro-2024-lə vidalaşdı – VİDEO
-
Azərbaycanlı ailəsində doğulan, arvadı faciəli şəkildə ölən İranın yeni prezidenti - Məsud Pezeşkian kimdir?
-
Qəbul balları artırılacaq? - Bu qrupda yüksək rəqabət var
-
Aysel Teymurzadə gözəlliyi ilə heyran etdi - FOTO
-
Cıdır düzündən qürurlu anlar... - VİDEO
-
“Ukrayna rus əsirliyindən 3310 nəfəri qaytarıb” – Zelenski
-
AVRO-2024: İngiltərə yarımfinalda
-
Bulvarda kişi qadını döydü - DİN-dən açıqlama
-
Rusiya və İrandan qərar - Bir-birinin bank kartlarından istifadə edəcəklər
-
Sumqayıtda qadın həbs edildi - 47 mindən çox pul oğurladığına görə
-
Azərbaycan-ŞƏT əməkdaşlığı nəqliyyat dəhlizlərinin genişləndirilməsinə kömək edəcək
-
“HƏMAS ABŞ-nin təklifini qəbul etdi” – “Reuters”
-
Sabiq nazirin bankı Röyanın keçmiş qaynatasından nə istəyir? - Məhkəmə
-
72 yaşlı kişi şüşə parçası ilə öldürüldü - Oğlu saxlanıldı
-
“ABŞ-ın uzun müddətdir prezidenti yoxdur“ - İlon Mask
-
Naxçıvanda qətl törətməkdə şübhəli bilinən şəxs Türkiyədə SAXLANILDI
-
“Vusal Slow“ adlı restoran qanunlara üz çevirib - Bu qanunsuzluqa “dur!“ deyən tapılacaq?
-
Gənclər arasında sürətlə yayılan xəstəlik – SƏBƏB NƏDİR?
-
Prezidentlərin səfəri başa çatdı - FOTOLAR
-
Merihə oyun, onlara pul cəzası - Futbol qurumlarının ikili standartı
-
AZAL-dan xəbərdarlıq: saxta reklam...
-
Parlament seçkilərində qeydə alınan partiyaların sayı 10-a çatdı - SİYAHI
-
Ermənistanı Gürcüstanla birləşdirən körpü Azərbaycana təhvil veriləcək - KİV
-
Azərbaycanın gəmiçilik tarixində ilk - “Xocalı” ABŞ limanında
-
“CF Kristal” kolbasasında zərərli maddələr var – Xəbərdarlıq
-
Rəşad Dağlının uşaqlarının gizli xeyirxahı KİMDİR? - VİDEO
-
86 nəfərin deputatlığa namizədliyi irəli sürülüb - 10 nəfərin namizədliyi təsdiqlənib
-
Bayden Zelenski ilə görüşəcək - NATO sammitində
-
İlqar Məmmədov imza yığmağa başladı – Asim Mollazadə ilə rəqib olur?
-
“29 ay vəzifədə olmuşam, 30 aydır cəzasını çəkirəm” - 143 milyon manatlıq mənimsəmə ilə bağlı məhkəmə
-
Ağstafa icra başçısının macəra dolu həyatı: Seymur Orucovun başı qalmaqaldan açılmır
-
“Putini dayandıran oğlan mənəm...“ - Bayden
-
Kəndlinin ucuz satdığı meyvə-tərəvəz şəhərlərdə “əl yandırır” - Araşdırma
TOP 10
ARXİV