Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Baş nazir “Brexit”lə bağlı səsverməni ləğv etdi –Tereza Mey parlamentdən dəstək ala bilmir

Tarix 11.12.18, 0:42

Font ölçüsü : - / +
bitmap-img6


Böyük Britaniyanın baş naziri Tereza Meyin, “Brexit” razılaşması (ölkənin Avropa Birliyindən çıxması) ilə bağlı İcmalar Palatasındakı sabahkı səsverməni təxirə salındığını bəyan edib.

Bu barədə dekabrın 10-da “Bloomberg” vəziyyətlə tanış olan mənbələrə istinadla xəbər verir. Səsvermənin nə vaxt olacağı hələlik bəlli deyil. Tereza Mey elə həmin gün bundan əvvəl kabinetin aparıcı üzvləri ilə görüşüb və çox güman ki, bu qənatə gəlib ki, razılaşmanı parlamentdən keçirmək üçün lazımi dəstək ala bilməyəcək.

Əgər kabinet səsvermədə uduzsa, Brüssellə danışıqların davam etdirilməsi, vaxtındanəvvəl seçki və ya hətta “Brexit”lə bağlı təkrar referendum keçirilməsi mümkün variantlardan biri ola bilər.

Britaniyanın Avropa Birliyindən çıxmasına qarşı çıxanlar Avropa Məhkəməsinin dekabrın 10-da qəbul etdiyi qərarı alıqşlayırlar.

Həmin qərar əsasən, Britaniya birtərəfli qaydada “Brexit”dən imtina edə bilər.

Britaniya sakinləri 2016-cı ildə keçirilən referendumda cüzi səs çoxluğu ilə ölkənin Avropa Birliyindən çıxmasına səs verdilər. Prosedur qaydaya əsasən Britaniya 2019-cu il martın 29-da Avropa Birliyindən çıxmalıdır. Bundan sonra isə 2020-ci ilədək keçid dövrü olmalıdır.

(Azadlıq radiosu)



Xəbərin oxunma sayı : 187




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap