Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Baş nazirin müavini və müdafiə naziri cəbhəboyu zonada olub

Tarix 16.08.17, 1:45

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən baş nazirin birinci müavini Yaqub Eyyubov və müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada mövcud olan vəziyyətlə yerində tanış olmaq məqsədilə ön xətdə yerləşən bölmələrdə olub. 

Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmənlə qarşıdurma xəttindəki bölmələrdə hərbi quluqçularla görüşən rəhbər heyətə döyüş şəraiti barədə məruzə edilib.

Baş nazirin birinci müavini və müdafiə naziri şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı, onların qidalanması, əsgər yataqxanaları, sosial-məişət şəraiti və digər hərbi obyektlərlə tanış olublar. Dövlət başçısının Silahlı Qüvvələr qarşısında qoyduğu tapşırıqların yüksək səviyyədə yerinə yetiriləcəyinə əminliyini bildirən rəhbər heyət burada hərbi qulluqçular üçün yaradılan şəraiti yüksək qiymətləndirib və şəxsi heyətlə birlikdə nahar edib.

Cəbhənin ön xəttində səfərdə olan baş nazirin birinci müavini və müdafiə naziri həmçinin burada yeni inşa edilən hərbi şəhərcikdə yerinə yetirilən işlərin gedişatını da yoxlayıblar.

Məruzə edilib ki, hərbi şəhərcikdə su, qaz, istilik və digər kommunikasiya sistemləri ilə təmin olunmuş qərargah, əsgər yataqxanaları, yeməkxana, digər inzibati bina və qurğularla yanaşı, hərbi qulluqçuların yüksək səviyyədə xidməti-döyüş fəaliyyəti göstərmələrini təmin etmək məqsədilə müvafiq məişət və ictimai iaşə kompleksləri, tibb məntəqəsi və digər infrastruktur obyektləri də nəzərdə tutulub.

Görülən işlərə baxış keçirildikdən sonra inşaat işlərinin keyfiyyətli yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.










Xəbərin oxunma sayı : 571




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap