Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Baş redaktor DTX-ya çağırıldı – Elnur Məhərrəmli yazıyla bağlı dindirilib

Tarix 19.03.17, 4:20

Font ölçüsü : - / +
bitmap-img6


AzPolitika.info saytının baş redaktoru Elnur Məhərrəmli martın 17-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Baş İstintaq İdarəsinə çağrılıb.

Gununsesi.info xəbər verir ki, məlumatı elə Azpolitika.info saytı yayıb.
Saytın yazdığına görə, Elnur Məhərrəmlinin DTX-ya çağırılmasına səbəb “AzPolitika” saytının 15 mart tarixli buraxılışında yayımlanmış “GENERAL İNTİM VİDEO İLƏ ŞANTAJ OLUNUB! – “Reket şəbəkə”ni həbs etdirənin kimliyi bilindi!” sərlövhəli yazı olub.
Bu yazıda DTX tərəfindən ötən ilin dekabr ayında həbs olunmuş reket “jurnalistlər” – “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev və “Bizim Dövr” qəzetinin baş redaktoru Surxay Əliyevin yüksək post tutan nüfuzlu bir generalı oğlunun intim videosu ilə şantaj etmələrindən bəhs olunub.
Müstəntiq Mətləb Mehdiyev baş redaktordan bu yazı ilə bağlı şahid qismində ifadə alıb.
E.Məhərrəmli bildirib ki, yazıdakı iddialarla bağlı ona məlum olan bütün təfərrüatları öz ifadəsində qeyd edib.
“Söhbətimiz 2 saatdan artıq çəkdi və normal atmosferdə keçdi” – deyə, baş redaktor bildirib.
Gununsesi.info



Xəbərin oxunma sayı : 100




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap