“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Bakıda 1 dolları 1.74 manata satan şəxs saxlanıldı - VİDEO

Tarix 12.01.21, 15:37

Font ölçüsü : - / +
bitmap-img6


Ölkədə yaradılmış azad bazar iqtisadiyyatı mühitindən sui-istifadə hallarına yol verən, həmçinin dövlətin ədalətli fiskal siyasətindən şəxsi məqsədləri çərçivəsində yararlanan şəxslərə qarşı mübarizə istiqamətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) tərəfindən Mərkəzi Bankın müraciəti əsasında növbəti əməliyyat tədbiri həyata keçirilib.

AzFakt.com DİN-ə istinadla xəbər verir ki, nəticədə qanunsuz valyuta mübadiləsi ilə məşğul olmaqda şübhəli bilinən vətəndaş Nemət Məmmədov 40 000 ABŞ dollarını 69 900 manata satan zaman polis əməkdaşları tərəfindən tutulub.saxlanılan şəxs 1 ABŞ dollarını rəsmi dövlət məzənnəsindən yuxarı, yəni 1 manat 74 qəpiyə satışa çıxarıb.

Araşdırma zamanı Nemət Məmmədovun sahibkarlıq fəaliyyəti ilə qanunsuz məşğul olması məlum olub və ondan qeyri-qanuni valyuta mübadilələri zamanı istifadə etdiyi maddi sübutlar, külli miqdarda yerli və xarici valyutalar, həmçinin pul vəsaitinin dövriyyəsinə dair qeyd dəftərçələri və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkarlanaraq götürülüb.

Aparılmış əməliyyat-istintaq tədbirləri ilə onun müvafiq dövlət qurumlarından icazə almadan və xüsusi lisenziya əldə etmədən gizli şəkildə müxtəlif xarici valyuta əsginaslarının alqı-satqısı fəaliyyəti ilə məşğul olması və bu yolla külli miqdarda gəlir əldə etməsi sübuta yetirilib.

Saxlanılan şəxsin etdiyi hüquqazidd əməllər barədə qanunamüvafiq tədbirlər görülüb.







Xəbərin oxunma sayı : 904




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap