Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Bakıda “donuz qripi” fırıldaqçıları peyda olub – Əhaliyə xəbərdarlıq

Tarix 10.01.19, 19:36

Font ölçüsü : - / +
bitmap-img6


Səhiyyə Nazirliyi Bakının müxtəlif yerlərində guya "donuz qripi”nə qarşı evlərdə dezinfeksiya işlərinin aparılması barədə yayılan xəbərlərə münasibət bildirib.

AzFakt.com-un məlumatına görə Nazirliyin mətbuat xidmətindən Medicina.az-ın soğrusuna cavab olaraq bildirilib ki, belə bir iş həyata keçirilmir: "Lazım olan zamanlarda gigiyena və epidemiologiya mərkəzləri xəstəxana və məktəblərdə dezinfeksiya işləri apara bilərlər. Ancaq evlərin dezinfeksiya edilməsi həyata keçirilmir”.

Nazirlikdən qeyd edilib ki, "donuz qripi” ilə əlaqədar Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyi sərhəd-keçid  məntəqələrində dezinfeksiya işləri aparır. 

Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən əsasən avtomobillərin təkərləri dezinfeksiya edilir. 

Eyni zamanda sərhəd-keçid məntəqələrində termokameralar quraşdırılıb, pasport qeydiyyatı zamanı insanların temperaturu qeydə alınır. Əgər hər hansı şəxsdə yüksək temperatur qeydə alınarsa,  həmin şəxs tibb məntəqəsinə cəlb edilir, ən yaxın ərazidəki Gigiyena və Epidemiologiya Mərkəzinə məlumat verilir. Həmin şəxsdən qan nümunəsi götürülür və nümunə Taun Əleyhinə Stansiyaya göndərilir. Daha sonra analizin nəticəsi barədə həmin şəxsə məlumat verilir. 

Yanvarın 7-nə olan statistikaya əsasən, sərhəd-keçib məntəqələrində 867 nümunə götürülüb, ancaq "donuz qripi” aşkarlanmayıb. Səhiyyə Nazirliyi nəzərə çatdırır ki, əgər gələcəkdə nümunələrin analizi zamanı xəstə şəxslər aşkarlanarsa, belə xəstələr üçün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu və 1 saylı şəhər klinik xəstəxanasında, uşaqlar üçün isə  7 saylı  uşaq yoluxucu xəstəxanasında palatalar hazırlanıb.    



Xəbərin oxunma sayı : 313




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap