Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Bakıda “təcili yardım“ın sürücüsü və tibb bacısı döyüldü

Tarix 25.04.17, 14:38

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxtda Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları döyülüb.

"Report"un xəbərinə görə, hadisə Binəqədi rayonunun Sulutəpə qəsəbəsində qeydə alınıb.

Belə ki, "103" çağrı mərkəzinə edilən zəng əsasında Binəqədi rayon 17 saylı köməkçi yardım stansiyasına məxsus "təcili yardım" avtomobili Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindən Sulutəpəyə yollanıb. Mənzil başına çatan stansiya əməkdaşları xəstənin yaxınları tərəfindən qarşılanıb. Ardınca onlar vurulan iynədən sonra xəstənin öldüyünü iddia edərək həm tibb bacısını, həm də sürücünü döyüblər. Nəticədə 1958-ci il təvəllüdlü sürücü Hacıyev Rizvan Rüfət oğlu və 1972-ci il təvəllüdlü tibb bacısı Həsənova Ləman Elman qızı hadisə yerinə çağırılan digər "təcili yardım" maşını ilə xəstəxanaya aparılıblar.

Zərərçəkmişlər ilkin dindirilmə zamanı hadisə yerinə gecikdikləri üçün döyüldüklərini bildiriblər.

Hadisə yerində dünyasını dəyişən 1941-ci il təvəllüdlü İmanov Pirməmməd İman oğlu onkoloji xəstəlikdən əziyyət çəkib. Onun meyiti müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma başlanılıb.







Xəbərin oxunma sayı : 94




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap