Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Bakıda bu avtobuslar xətdən kənarlaşdırılır

Tarix 15.11.17, 2:55

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda sərnişindaşımada iştirak edən müəyyən sayda avtobuslar hələ də texniki baxışdan keçməyib.

Bu barədə özəl olaraq Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, həmin avtobusları aşkar edib sürücüləri barəsində tənbeh tədbirlərinin seçilməsi üçün son dayanacaqlarda avtobuslara baxış keçirilir:

"Əgər sərnişindaşımada iştirak edən avtobusların texniki baxışdan keçməməsi aşkarlanırsa, sürücü barəsində tədbirlər görülür. Təkcə dünən son dayanacaqda dörd sərnişin avtobusu texniki baxışdan keçmədiyinə görə yol hərtəkətindən uzaqlaşdırılıb və qanunvericilikdə nəzərdə tutulmuş qaydada cərimə sanksiyası tətbiq edilib".

Bölmə rəisi bildirib ki, bu istiqamətdə işlər davam etdirilir və nəzarət daha da gücləndirilib: "Nəinki texniki baxışdan keçməyən avtobuslar, digər yük avtomobillərinin sahibləri də nəqliyyat vasitələrini Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika şöbəsinə təqdim etməlidirlər. Unutmayın ki, texniki baxışdan təyin edilən müddətdə keçmədikdə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir".



Xəbərin oxunma sayı : 133




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap