Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bakıda dəhşətli qəza: 5 nəfər ölüb, 21 nəfər yaralanıb (FOTO)

Tarix 13.10.21, 11:16

Font ölçüsü : - / +
bitmap-img6


Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər ölüb.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, hadisə yerinə 10 təcili tibbi yardım maşını cəlb olunub. Qeyd olunub ki, xəsarət alan 13 nəfərin vəziyyəti ağırdır:

"Polis əməkdaşları hadisə yerinə cəlb edilib və yol qəzası ilə bağlı araşdırma aparılır. İlkin məlumatlara görə, yük avtomobilinin sürücüsü sükan arxasında yuxulu olub və hərəkət etdiyi zolaqdan çıxaraq sərnişin avtobusuna çırpılıb. Hazırda yolun nəqliyyat vasitələri üçün açılması istiqamətində lazımi işlər görülür”.

3 saylı Kliniki Şəhər Xəstəxanasından verilən məlumata görə, xəstəxanaya 16 nəfər gətirlib. Onlardan 2 nəfər hazırda əməliyyat olunur, 4 yaralı reanimasiyaya yerləşdirilib. 10 nəfər vəziyyəti yüngüldür və sarğı edilib. 

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, aeroport yolunda yük maşınının sərnişin avtobusuna çırpılması nəticəsində xəsarət alan 21 nəfər xəstəxanaya çatıb.

Xəsarət alanlardan 8 nəfər Kliniki Tibbi Mərkəzə, 13 nəfər isə 3 saylı Kliniki Şəhər Xəstəxanasına yerləşdirilib. Qeyd olunub ki, bu, saat 09:00-a olan məlumatdır.  

Bildirilib ki, qəza zamanı ölən şəxslərlə bağlı hələlik dəqiq məlumat yoxdur. Bu barədə ətraflı məlumat veriləcək.
 
***

Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 dövlət qeydiyyat nişanlı "Shacman” markalı yük avtomobili "Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TH- 116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb.

İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından  verilən məlumata görə, qəza nəticəsində 20 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya (7-nəfər KTM, 13 nəfər - 3 saylı KŞX-ya) çatdırılıb.






Xəbərin oxunma sayı : 325




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap